https://sputnik.az/20230213/turkiyeden-getirilen-usaqlar-aileleri-ile-birlikde-siginacaga-aparilacaqlar-451702257.html
Türkiyədən gətirilən uşaqlar ailələri ilə birlikdə sığınacağa aparılacaqlar
Türkiyədən gətirilən uşaqlar ailələri ilə birlikdə sığınacağa aparılacaqlar
Sputnik Azərbaycan
Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T13:05+0400
2023-02-13T13:05+0400
2023-02-13T13:05+0400
zəlzələ
səhiyyə
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697743_0:160:3072:1888_1920x0_80_0_0_caae58cc4c30859ec59114be8151459f.jpg
BAKI, 13 fevral — Sputnik. Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır: "Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da dəvət olunaraq ailələrlə söhbətlər aparıb, müvafiq tövsiyələr verib". Qeyd edilib ki, uşaqların müalicəsi bitdikdən sonra ailələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sığınacağına gedəcəklər. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
https://sputnik.az/20230213/turkiyede-zelzelede-xesaret-alan-usaqlar-bakiya-getirildi-451695438.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697743_171:0:2902:2048_1920x0_80_0_0_5b4a0d7e901c4d3f3671a33086a4bcad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəlzələ, səhiyyə nazirliyi
zəlzələ, səhiyyə nazirliyi
Türkiyədən gətirilən uşaqlar ailələri ilə birlikdə sığınacağa aparılacaqlar
Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb.
BAKI, 13 fevral — Sputnik. Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır:
"Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da dəvət olunaraq ailələrlə söhbətlər aparıb, müvafiq tövsiyələr verib".
Qeyd edilib ki, uşaqların müalicəsi bitdikdən sonra ailələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sığınacağına gedəcəklər.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.