https://sputnik.az/20230213/sosial-mediadan-bu-qaydada-istifade-yolverilmezdir---ali-mehkemenin-sedrinden-etiraz-451705228.html
Sosial mediadan bu qaydada istifadə yolverilməzdir - Ali Məhkəmənin sədrindən etiraz
Sosial mediadan bu qaydada istifadə yolverilməzdir - Ali Məhkəmənin sədrindən etiraz
Sputnik Azərbaycan
Ali Məhkəmənin sədri bildirib ki, məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T14:24+0400
2023-02-13T14:24+0400
2023-02-13T14:24+0400
ramiz rzayev
cəmiyyət
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/41406/91/414069163_0:0:1200:676_1920x0_80_0_0_5135251ff86c2b91f7d4fa8a19444634.jpg
BAKI, 13 fevral — Sputnik. "Sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalıdır". Bunu "Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışı zamanı deyib. Onun sözlərinə görə, sosial media həyat və fəaliyyətimizdə müəyyən rola malikdir: "Sosial media bizə müxtəlif üstünlüklər təmin etməklə yanaşı, məhkəmə fəaliyyəti ilə əlaqədar müstəqillik, qərəzsizlik və dürüstlük prinsiplərinin pozulmasına gətirib çıxara biləcək risklər də yaradır. Xüsusilə də məhkəmə fəaliyyətinə cəmiyyətin və ya ayrı-ayrı qrupların sosial media vasitəsilə müdaxilə və təsir etməsi yəqin ki, hər bir ölkənin qarşılaşdığı problemdir". O bildirib ki, sosial mediadan bu qaydada istifadə yolverilməzdir və məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır. "Söz və ifadə azadlığının hər bir cəmiyyətdə ən təməl hüquqlardan biri olduğunu hamımız qəbul edirik. Lakin sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalı, icraatda olan məhkəmə işlərinə müdaxilə və təsir şəklində aparılmamalı, yekunlaşmış məhkəmə icraatları üzrə çıxarılmış qərarların qanuniliyi və ədalətliliyi istehza predmetinə çevrilməməlidir", - R.Rzayev əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41406/91/414069163_101:0:1168:800_1920x0_80_0_0_e39536b610d630c6e7dcafebb638526c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ramiz rzayev, ali məhkəmə
ramiz rzayev, ali məhkəmə
Sosial mediadan bu qaydada istifadə yolverilməzdir - Ali Məhkəmənin sədrindən etiraz
Ali Məhkəmənin sədri bildirib ki, məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır.
BAKI, 13 fevral — Sputnik. "Sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalıdır".
Bunu "Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sosial media həyat və fəaliyyətimizdə müəyyən rola malikdir:
"Sosial media bizə müxtəlif üstünlüklər təmin etməklə yanaşı, məhkəmə fəaliyyəti ilə əlaqədar müstəqillik, qərəzsizlik və dürüstlük prinsiplərinin pozulmasına gətirib çıxara biləcək risklər də yaradır. Xüsusilə də məhkəmə fəaliyyətinə cəmiyyətin və ya ayrı-ayrı qrupların sosial media vasitəsilə müdaxilə və təsir etməsi yəqin ki, hər bir ölkənin qarşılaşdığı problemdir".
O bildirib ki, sosial mediadan bu qaydada istifadə yolverilməzdir və məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır.
"Söz və ifadə azadlığının hər bir cəmiyyətdə ən təməl hüquqlardan biri olduğunu hamımız qəbul edirik. Lakin sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalı, icraatda olan məhkəmə işlərinə müdaxilə və təsir şəklində aparılmamalı, yekunlaşmış məhkəmə icraatları üzrə çıxarılmış qərarların qanuniliyi və ədalətliliyi istehza predmetinə çevrilməməlidir", - R.Rzayev əlavə edib.