https://sputnik.az/20230213/lukasenko-ve-tasmaqambetov-bmt-ile-emekdasligi-muzakire-edibler-451711786.html
Lukaşenko və Tasmaqambetov BMT ilə əməkdaşlığı müzakirə ediblər
Lukaşenko və Tasmaqambetov BMT ilə əməkdaşlığı müzakirə ediblər
Sputnik Azərbaycan
Görüşdə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üzrə addımları müzakirə edilib. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T23:50+0400
2023-02-13T23:50+0400
2023-02-13T23:50+0400
aleksandr lukaşenko
dünya xəbərləri
bmt
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_0:0:2997:1686_1920x0_80_0_0_3d5df37eb506cabdd88026b6af16b355.jpg
BAKI, 13 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üzrə addımları müzakirə edilib. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib. Tasmaqambetov bu il təşkilata sədrlik edən Belarusda səfərdədir. Belarus dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, o, bu barədə Lukaşenko ilə görüşdən sonra bildirib. "Məqsədimiz təşkilatın imkanları və regional təhlükəsizliyin təmin edilməsi üzrə səyləri ilə bağlı xarici siyasətdə diqqəti cəlb edən məqamları təqdim etməkdir. BMT Baş Assambleyasının 77-ci sessiyasında KTMT və BMT arasında əməkdaşlığa dair müvafiq qətnamənin qəbul edilməsi yüksək qiymətləndirilib. Gələcək praktiki əməkdaşlıq məqsədilə mən Kollektiv Təhlükəsizlik Şurasının sədri Aleksandr Lukaşenkoya katiblikdə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına cəlb edilməsi istiqamətində atılan addımlar barədə məlumat verdim", - baş katib Minskdə jurnalistlərə açıqlamasında bildirib. Tasmaqambetov əlavə edib ki, təşkilatın qarşısında duran vəzifələrin müxtəlifliyi KTMT-nin xarici fəaliyyətdə effektiv mövqe tutmasının zəruriliyini diktə edir. KTMT-nin baş katibi qeyd edib ki, təşkilat iri regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcək. Onun əsas tərəfdaş adlandırdığı BMT-dən başqa, KTMT digər təşkilatlarla, xüsusən də ŞƏT, MDB, ATƏT ilə əməkdaşlıq edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_89:0:2818:2047_1920x0_80_0_0_b2a02ce4cfb63f5036f078e18c433bb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr lukaşenko, bmt, ktmt
aleksandr lukaşenko, bmt, ktmt
Lukaşenko və Tasmaqambetov BMT ilə əməkdaşlığı müzakirə ediblər
Görüşdə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üzrə addımları müzakirə edilib.
BAKI, 13 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üzrə addımları müzakirə edilib.
Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
Tasmaqambetov bu il təşkilata sədrlik edən Belarusda səfərdədir. Belarus dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, o, bu barədə Lukaşenko ilə görüşdən sonra bildirib.
"Məqsədimiz təşkilatın imkanları və regional təhlükəsizliyin təmin edilməsi üzrə səyləri ilə bağlı xarici siyasətdə diqqəti cəlb edən məqamları təqdim etməkdir. BMT Baş Assambleyasının 77-ci sessiyasında KTMT və BMT arasında əməkdaşlığa dair müvafiq qətnamənin qəbul edilməsi yüksək qiymətləndirilib. Gələcək praktiki əməkdaşlıq məqsədilə mən Kollektiv Təhlükəsizlik Şurasının sədri Aleksandr Lukaşenkoya katiblikdə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarına cəlb edilməsi istiqamətində atılan addımlar barədə məlumat verdim", - baş katib Minskdə jurnalistlərə açıqlamasında bildirib.
Tasmaqambetov əlavə edib ki, təşkilatın qarşısında duran vəzifələrin müxtəlifliyi KTMT-nin xarici fəaliyyətdə effektiv mövqe tutmasının zəruriliyini diktə edir.
KTMT-nin baş katibi qeyd edib ki, təşkilat iri regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcək. Onun əsas tərəfdaş adlandırdığı BMT-dən başqa, KTMT digər təşkilatlarla, xüsusən də ŞƏT, MDB, ATƏT ilə əməkdaşlıq edəcək.