Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Xidməti haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar edib

© Depositphotos.com / PrykhodovƏlində smartfon tutmuş adam
Əlində smartfon tutmuş adam - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Dövlət Xidməti sahibkarlara reklamlarda "Apple" loqosunun təsvirindən, habelə "Apple" və "İphone" əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.
BAKI, 13 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müracətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda "Apple" loqosunun təsvirindən, habelə "Apple" və "İphone" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.
Dövlət Xidmətindən verilən məlumata görə, "Apple" loqosunun təsviri, habelə "Apple" və "İphone" sözləri beynəlxalq əmtəə nişanı kimi "Apple Inc." şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycan Respublikasında qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.
Dövlət Xidməti sahibkarlara reklamlarda "Apple" loqosunun təsvirindən, habelə "Apple" və "İphone" əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.
Xatırladaq ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.
Xəbər lenti
0