CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra Hakimiyyətlərində maliyyə pozuntuları ilə bağlı Prokurorluğa müraciət edildi

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.
BAKI, 13 fevral — Sputnik. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.
Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xəbər lenti
0