Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bananı acqarına yemək niyə zərərlidir? Rus dietoloqdan vacib xəbərdarlıq

© Pexels Aleksandar PasaricBanan
Banan - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Banan
Abunə olmaq
Rusiyalı nutrisioloq və dietoloq İqor Strokov acqarına banan yeməyin zərərləri haqqında danışıb.
BAKI, 13 fevral - Sputnik. Diyetoloq İqor Strokov səhər yeməyində və acqarına yeyilməməsi tövsiyə olunan bir məhsulun adını çəkib. O qeyd edib ki, bananın acqarına yeyilməsi orqanizmə xeyirdən daha çox zərər verə bilər. Strokovun müvafiq tövsiyəsini Rusiya mediası yayıb.
"Minerallar, vitaminlər və liflə zəngin olan bananın sağlamlıq üçün danılmaz faydaları var. Lakin onu acqarına yemək orqanizmdə turşu-qələvi balansını poza və daha çox problem yarada bilər", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bananın tərkibində sağlamlıq üçün faydalı olan maqnezium və kalium var, lakin onları acqarına yemək turşu-qələvi balansını pozaraq orqanizmə zərər verə bilər. Çünki bu zaman qanın qələviliyi müvəqqəti olaraq artır.
Xatırladaq ki, qan laxtalanması yüksək olan insanlar üçün də banan yemək olmaz. Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkən insanlara da banan məsləhət görülmür.
Xəbər lenti
0