https://sputnik.az/20230213/azerbaycanin-xarici-ticareti-artib--statstka-451724315.html
Azərbaycanın xarici ticarəti artıb- STATİSTİKA
Azərbaycanın xarici ticarəti artıb- STATİSTİKA
Sputnik Azərbaycan
Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini)... 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T23:04+0400
2023-02-13T23:04+0400
2023-02-13T23:04+0400
azərbaycan
iqtisadiyyat
statistika
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887792_0:0:3073:1728_1920x0_80_0_0_893388871c72fcad930c81e76f1c9e2e.jpg
BAKI, 13 fevral — Sputnik. 2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. 2022-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3047,7 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1,0 faizini İrlandiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (7,5 faiz), İsveçrəyə (6,5 faiz), Qazaxıstana (3,4 faiz), Niderlanda (2,3 faiz), ABŞ-a (2,2 faiz), Rumıniyaya (2,0 faiz), İtaliyaya (1,8 faiz), Bolqarıstana (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,5 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Hindistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,3 faizi Çin, 4,6 faizi Almaniya, 3,5 faizi Türkmənistan, 3,4 faizi Qazaxıstan, hərbiri 3,3 faiz olmaqla ABŞ və İran, 2,3 faizi İtaliya, 2,0 faizi Yaponiya, hər biri 1,8 faizolmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Fransa vəHindistan, 1,3 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiya, 14,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887792_0:0:2731:2048_1920x0_80_0_0_6fc89bb57d2671d916d781f9659ca9ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, statistika, dövlət statistika komitəsi
azərbaycan, statistika, dövlət statistika komitəsi
BAKI, 13 fevral — Sputnik. 2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb.
2022-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3047,7 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1,0 faizini İrlandiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (7,5 faiz), İsveçrəyə (6,5 faiz), Qazaxıstana (3,4 faiz), Niderlanda (2,3 faiz), ABŞ-a (2,2 faiz), Rumıniyaya (2,0 faiz), İtaliyaya (1,8 faiz), Bolqarıstana (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,5 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Hindistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,3 faizi Çin, 4,6 faizi Almaniya, 3,5 faizi Türkmənistan, 3,4 faizi Qazaxıstan, hərbiri 3,3 faiz olmaqla ABŞ və İran, 2,3 faizi İtaliya, 2,0 faizi Yaponiya, hər biri 1,8 faizolmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Fransa vəHindistan, 1,3 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiya, 14,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.