https://sputnik.az/20230213/azerbaycanda-tibb-merkezinin-direktoru-qefleten-olub-451701458.html
Azərbaycanda tibb mərkəzinin direktoru qəflətən ölüb
Azərbaycanda tibb mərkəzinin direktoru qəflətən ölüb
Sputnik Azərbaycan
Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov dünən axşam saatlarında kəskin ürək tutmasından dünyasını dəyişib. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T11:45+0400
2023-02-13T11:45+0400
2023-02-13T11:45+0400
tibb
səhiyyə
təbib
https://cdnn1.img.sputnik.az/img/42419/32/424193246_0:0:2835:1595_1920x0_80_0_0_482fa6933e768f4a6c7e76daca943df5.jpg
BAKI, 13 fevral — Sputnik. TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov vəfat edib. "Report"un məlumatına görə, o, dünən axşam saatlarında kəskin ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, A.Məmmədov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb. 1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib. 1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib. 2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/32/424193246_312:0:2835:1892_1920x0_80_0_0_03e6dc52aff6e7d91e65e9d22cef9ac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tibb, təbib
Azərbaycanda tibb mərkəzinin direktoru qəflətən ölüb
Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov dünən axşam saatlarında kəskin ürək tutmasından dünyasını dəyişib.
BAKI, 13 fevral — Sputnik. TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov vəfat edib.
"Report"un məlumatına görə, o, dünən axşam saatlarında kəskin ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, A.Məmmədov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb.
1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib.
1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib.
2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.