https://sputnik.az/20230213/azerbaycanda-qadin-mollalar-musahibeden-kecirilecek-451724888.html
Azərbaycanda qadın mollalar müsahibədən keçiriləcək
Azərbaycanda qadın mollalar müsahibədən keçiriləcək
Sputnik Azərbaycan
Onlar Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T18:51+0400
2023-02-13T18:51+0400
2023-02-13T18:51+0400
molla
cəmiyyət
dini qurumlarla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/41208/03/412080323_0:77:2001:1202_1920x0_80_0_0_2f331c551be021d2baedb08068f47bda.jpg
BAKI, 13 fevral — Sputnik. 13 fevral tarixindən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib. Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müsahibə 3 gün – 15 fevral tarixinədək davam edəcək. Qeyd edək ki, 25 oktyabr - 25 noyabr 2022-ci il tarixində elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərində, eləcə də Lənkəran rayonunda yerləşən 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Müsahibənin nəticələri keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41208/03/412080323_146:0:1853:1280_1920x0_80_0_0_eb8fcb0d60f97636caaf7a273c18540e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
molla, dini qurumlarla iş üzrə dövlət komitəsi
molla, dini qurumlarla iş üzrə dövlət komitəsi
Azərbaycanda qadın mollalar müsahibədən keçiriləcək
Onlar Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.
BAKI, 13 fevral — Sputnik. 13 fevral tarixindən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.
Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müsahibə 3 gün – 15 fevral tarixinədək davam edəcək. Qeyd edək ki, 25 oktyabr - 25 noyabr 2022-ci il tarixində elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərində, eləcə də Lənkəran rayonunda yerləşən 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Müsahibənin nəticələri keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.