https://sputnik.az/20230213/azerbaycan-xilasedicileri-turkiyede-dagintilar-altindan-51-neferi-sag-cixarib---vdeo-451694517.html
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb - VİDEO
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb - VİDEO
Sputnik Azərbaycan
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T10:15+0400
2023-02-13T10:15+0400
2023-02-13T10:15+0400
hadisə
zəlzələ
türkiyə
fhn
xilasedicilər
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_0:172:3030:1876_1920x0_80_0_0_a28252d31ffad93e7e9da9ad997fd607.jpg
BAKI, 13 fevral - Sputnik. Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildiirilib ki, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
https://sputnik.az/20230212/erdogan-sonuncu-zelzelenin-miqyasini-muqayise-edib-451685925.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_150:0:2881:2048_1920x0_80_0_0_9ad390fb860c57a444848f8526f5e1f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə, fhn, xilasedicilər
zəlzələ, türkiyə, fhn, xilasedicilər
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb - VİDEO
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
BAKI, 13 fevral - Sputnik. Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildiirilib ki, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.