https://sputnik.az/20230213/avstriya-ukrayna-herbcilerine-leopardlari-idare-etmek-ucun-telim-kecmek-niyyetinde-deyil-451721339.html
Avstriya Ukrayna hərbçilərinə "Leopard"ları idarə etmək üçün təlim keçmək niyyətində deyil
Avstriya Ukrayna hərbçilərinə "Leopard"ları idarə etmək üçün təlim keçmək niyyətində deyil
Sputnik Azərbaycan
Avstriyanın müdafiə naziri Klaudiya Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu xatırladıb. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T21:10+0400
2023-02-13T21:10+0400
2023-02-13T21:10+0400
ukrayna
dünya xəbərləri
avstriya
ukrayna hökuməti
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908207_0:100:3285:1948_1920x0_80_0_0_f570bb6f6953663b047f3e590f1ce082.jpg
BAKI, 13 fevral — Sputnik. Avstriya Almaniya istehsalı olan "Leopard 2" tanklarını idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçməkdən ötrü öz təlim poliqonlarını vermək niyyətində deyil. Avstriyanın "ORF" telekanalı ölkənin müdafiə naziri Klaudiya Tannerin bəyanatına istinadən bu barədə xəbər verib. Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi hər bir dövlətin öz qanunları çərçivəsində suveren qərarıdır. Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu da xatırladıb. Bundan əvvəl Almaniya Nazirlər Kabineti Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərəcəyini və bu tankların başqa ölkələrə təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev isə cavab olaraq bildirib ki, AFR-in Ukraynaya tanklar göndərmək qərarı münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908207_277:0:3008:2048_1920x0_80_0_0_b555983f99fe1fa72a95621f0a8925d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, avstriya, ukrayna hökuməti
ukrayna, avstriya, ukrayna hökuməti
Avstriya Ukrayna hərbçilərinə "Leopard"ları idarə etmək üçün təlim keçmək niyyətində deyil
Avstriyanın müdafiə naziri Klaudiya Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu xatırladıb.
BAKI, 13 fevral — Sputnik. Avstriya Almaniya istehsalı olan "Leopard 2" tanklarını idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçməkdən ötrü öz təlim poliqonlarını vermək niyyətində deyil.
Avstriyanın "ORF" telekanalı ölkənin müdafiə naziri Klaudiya Tannerin bəyanatına istinadən bu barədə xəbər verib.
Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi hər bir dövlətin öz qanunları çərçivəsində suveren qərarıdır. Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu da xatırladıb.
Bundan əvvəl Almaniya Nazirlər Kabineti Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərəcəyini və bu tankların başqa ölkələrə təkrar ixracına icazə verəcəyini təsdiqləyib.
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev isə cavab olaraq bildirib ki, AFR-in Ukraynaya tanklar göndərmək qərarı münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır.