https://sputnik.az/20230213/abs-turkiyeye-teyyaredasiyan-gemi-gondermeyib---cavusoglu-451717719.html
ABŞ Türkiyəyə təyyarədaşıyan gəmi göndərməyib - Çavuşoğlu
ABŞ Türkiyəyə təyyarədaşıyan gəmi göndərməyib - Çavuşoğlu
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri bildirib ki, beynəlxalq sularda hansı ölkənin gəmilərinin üzəcəyinə qərar verə bilmərik, amma sularımıza kimin daxil ola... 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T19:57+0400
2023-02-13T19:57+0400
2023-02-13T19:57+0400
mövlud çavuşoğlu
dünya xəbərləri
türkiyə
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685214_0:160:3072:1888_1920x0_80_0_0_1c9f1d921f1350936e3ce014d3cb5b46.jpg
BAKI, 13 fevral — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın zəlzələlərin nəticələrinə kömək etmək üçün Türkiyənin daxili sularına təyyarədaşıyan gəmi göndərmədiyini və ya buraxılmasını tələb etmədiyini bildirib. "Döyüş gəmiləri Şərqi Aralıq dənizində davamlı olaraq gəzir. Beynəlxalq sularda hansı ölkənin gəmilərinin üzəcəyinə qərar verə bilmərik, amma sularımıza kimin daxil ola biləcəyinə özümüz qərar veririk. Amerikadan belə bir tələb yox idi və o gəlsəydi, biz də etməzdik. Təyyarədaşıyan gəminin gəlişinə ehtiyac yoxdur", - deyə "Yeni Şafak" qəzeti nazirdən sitat gətirib. "Döyüş gəmisini qəbul etməyimizə ehtiyac yoxdur. Yunanıstan da daxil olmaqla bəzi ölkələr bölgəyə evlərini itirmiş insanların iyun ayına qədər yaşaya biləcəyi kruiz laynerləri göndərməyi təklif ediblər", - Çavuşoğlu bildirib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685214_171:0:2902:2048_1920x0_80_0_0_feb3fefc901c64a7f329eb09417474ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, türkiyə, abş
mövlud çavuşoğlu, türkiyə, abş
ABŞ Türkiyəyə təyyarədaşıyan gəmi göndərməyib - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri bildirib ki, beynəlxalq sularda hansı ölkənin gəmilərinin üzəcəyinə qərar verə bilmərik, amma sularımıza kimin daxil ola biləcəyinə özümüz qərar veririk.
BAKI, 13 fevral — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın zəlzələlərin nəticələrinə kömək etmək üçün Türkiyənin daxili sularına təyyarədaşıyan gəmi göndərmədiyini və ya buraxılmasını tələb etmədiyini bildirib.
"Döyüş gəmiləri Şərqi Aralıq dənizində davamlı olaraq gəzir. Beynəlxalq sularda hansı ölkənin gəmilərinin üzəcəyinə qərar verə bilmərik, amma sularımıza kimin daxil ola biləcəyinə özümüz qərar veririk. Amerikadan belə bir tələb yox idi və o gəlsəydi, biz də etməzdik. Təyyarədaşıyan gəminin gəlişinə ehtiyac yoxdur", - deyə "Yeni Şafak" qəzeti nazirdən sitat gətirib.
"Döyüş gəmisini qəbul etməyimizə ehtiyac yoxdur. Yunanıstan da daxil olmaqla bəzi ölkələr bölgəyə evlərini itirmiş insanların iyun ayına qədər yaşaya biləcəyi kruiz laynerləri göndərməyi təklif ediblər", - Çavuşoğlu bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.