DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Rusiya və MDB-də terror hücumları planlaşdırır

© AFP 2024 / GETTY IMAGES NORTH AMERICA / JOHN MOOREABŞ hərbçiləri
ABŞ hərbçiləri - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Xarici Kəşfiyyat Xidməti bildirib ki, ABŞ hərbçiləri Rusiya və MDB-də terror aktları üçün İŞİD döyüşçülərini cəlb edirlər.
BAKI, 13 fevral — Sputnik. ABŞ hərbçiləri Rusiyada qadağan olunmuş "İraq Şam İslam Dövləti"nin (İŞİD) beynəlxalq terror təşkilatı döyüşçülərini Rusiya və MDB ərazisində təxribat törətmək üçün cəlb etmək niyyətindədir.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən (XKX) məlumat verilib.
Məlumata görə, Şimali Qafqazdan və Mərkəzi Asiyadan İŞİD-ə bağlı cihadçı qruplardan, həmçinin Rusiyada qadağan edilmiş "Əl-Qaidə" terror təşkilatından olan şəxslər əməkdaşlığa cəlb olunur.
Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak təcrübəsi olan ABŞ-ın 60 hərbçisi yanvar ayından etibarən ABŞ-ın Suriyadakı "Ət-Tanf" bazasında təlim keçir.
XKX-nin məlumatına görə, bundan sonra onlar dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hərbçilərə qarşı terror aktları törətmək üçün Rusiya və MDB ölkələrinə yerləşdiriləcəklər.
Xəbər lenti
0