https://sputnik.az/20230212/yunanistanin-xarici-isler-naziri-turkiyeye-sefer-etmek-qerarina-gelib-451681056.html
Yunanıstanın xarici işlər naziri türk həmkarı ilə birlikdə Hataya gedib
Yunanıstanın xarici işlər naziri türk həmkarı ilə birlikdə Hataya gedib
Sputnik Azərbaycan
Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfərdir. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T14:13+0400
2023-02-12T14:13+0400
2023-02-12T14:13+0400
dünya xəbərləri
yunanıstan
türkiyə
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/40608/73/406087341_0:202:3904:2398_1920x0_80_0_0_efe3db2f62448d041d294a4c24fbcb43.jpg
BAKI, 12 fevral - Sputnik. Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər, xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.***Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib.***Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.Sputnik Türkiyə-nin məlumatına görə, Dendias səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40608/73/406087341_220:0:3684:2598_1920x0_80_0_0_aba085c1a30369ba161fd6ea9a91f53b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yunanıstan, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
yunanıstan, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Yunanıstanın xarici işlər naziri türk həmkarı ilə birlikdə Hataya gedib
Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfərdir.
BAKI, 12 fevral - Sputnik. Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər, xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.
Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.
Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.
Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.
Sputnik Türkiyə-nin məlumatına görə, Dendias səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.
Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.
Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.