https://sputnik.az/20230212/setelcemin-dermanlarindan-biri-de-kartof-puresi-imis-451673351.html
Sətəlcəmin dərmanlarından biri də kartof püresi imiş
Sətəlcəmin dərmanlarından biri də kartof püresi imiş
Sputnik Azərbaycan
Həkim bildirib ki, şəkərsiz sıyıqlar, meyvələr, toyuq bulyonu, ağartı məhsulları soyuqdəymə zamanı ən yaxşı enerji mənbələridir. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T08:33+0400
2023-02-12T08:33+0400
2023-02-12T08:33+0400
cəmiyyət
kartof
soyuqdəymə
yemək
fayda
https://cdnn1.img.sputnik.az/img/42384/91/423849123_0:159:3057:1878_1920x0_80_0_0_48de769ac9ca012bbde88e8d23fb6c5a.jpg
BAKI, 12 fevral - Sputnik. Soyuq dəymiş orqanizmə ət suflesi və kartof püresi şəklində yeməklər fayda verir. Bu barədə “MedikForum”da dərc olunan məqalədə deyilir.Belə ki, terapevt Vladimir Sibirskinin sözlərinə görə, orqanizmin immun sistemi kəskin respirator virus infeksiyaları ilə mübarizə apardıqda orqanizmdə toksinlərin toplanması baş verir. Bədənin onsuz da öz imkanları həddində fəaliyyət göstərdiyi bu dövrdə qidanın həzm edilməsi enerji sərf edən prosesə çevrilir. Eyni zamanda, qida orqanizmə qüvvə və bəsləyici maddələr verir ki, bu da immunitetin sonrakı zəifləməsinə mane olur.Həkim hesab edir ki, soyuqdəymə zamanı tərkibində vitamin və mikroelementlər olan yüngül yemək ən əlverişlidir. Həkim deyir:Terapevt əlavə edib ki, orqanizmin qüvvəsini bərpa etməkdə karbohidratlar və yağlar kömək edir. Şəkərsiz sıyıqlar, meyvələr, toyuq bulyonu, ağartı məhsulları - həkim bunları soyuqdəymə zamanı ən yaxşı mənbələr adlandırıb.Soğan və sarımsaq artıq əmələ gələn xəstəlik vaxtı bir o qədər fayda vermir. Soyuqdəymə dövründə şirniyyatdan uzaq durmaq məsləhət görülür, çünki şəkər toksinlərin orqanizmdən çıxarılması prosesini ləngidir. Orqanizmin toksinlərdən daha yaxşı təmizlənməsi üçün daha çox su, çay, kompot içmək məsləhət görülür.“Xəstə insana duzlu ərzaqlar qəti qadağandır. Duz orqanizmdə mayeni saxlayır, xəstəlik zamanı isə maye bədəndən xaric olunmalıdır”, - deyə mütəxəssis izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42384/91/423849123_0:0:2729:2047_1920x0_80_0_0_0400bcc0890ef52ba5db8968e318e82d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kartof, soyuqdəymə, yemək, fayda
kartof, soyuqdəymə, yemək, fayda
Sətəlcəmin dərmanlarından biri də kartof püresi imiş
Həkim bildirib ki, şəkərsiz sıyıqlar, meyvələr, toyuq bulyonu, ağartı məhsulları soyuqdəymə zamanı ən yaxşı enerji mənbələridir.
BAKI, 12 fevral - Sputnik. Soyuq dəymiş orqanizmə ət suflesi və kartof püresi şəklində yeməklər fayda verir. Bu barədə “MedikForum”da dərc olunan məqalədə deyilir.
Belə ki, terapevt Vladimir Sibirskinin sözlərinə görə, orqanizmin immun sistemi kəskin respirator virus infeksiyaları ilə mübarizə apardıqda orqanizmdə toksinlərin toplanması baş verir. Bədənin onsuz da öz imkanları həddində fəaliyyət göstərdiyi bu dövrdə qidanın həzm edilməsi enerji sərf edən prosesə çevrilir. Eyni zamanda, qida orqanizmə qüvvə və bəsləyici maddələr verir ki, bu da immunitetin sonrakı zəifləməsinə mane olur.
Həkim hesab edir ki, soyuqdəymə zamanı tərkibində vitamin və mikroelementlər olan yüngül yemək ən əlverişlidir. Həkim deyir:
“Azca süd əlavə olunmaqla ət suflesi və kartof püresi soyuqdəymə, qrip və ya kəskin respirator virus infeksiyaları zamanı insanlar üçün ən yaxşı yeməklərdir”.
Terapevt əlavə edib ki, orqanizmin qüvvəsini bərpa etməkdə karbohidratlar və yağlar kömək edir. Şəkərsiz sıyıqlar, meyvələr, toyuq bulyonu, ağartı məhsulları - həkim bunları soyuqdəymə zamanı ən yaxşı mənbələr adlandırıb.
Soğan və sarımsaq artıq əmələ gələn xəstəlik vaxtı bir o qədər fayda vermir. Soyuqdəymə dövründə şirniyyatdan uzaq durmaq məsləhət görülür, çünki şəkər toksinlərin orqanizmdən çıxarılması prosesini ləngidir. Orqanizmin toksinlərdən daha yaxşı təmizlənməsi üçün daha çox su, çay, kompot içmək məsləhət görülür.
“Xəstə insana duzlu ərzaqlar qəti qadağandır. Duz orqanizmdə mayeni saxlayır, xəstəlik zamanı isə maye bədəndən xaric olunmalıdır”, - deyə mütəxəssis izah edib.