SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Roberta Metsolanın məktubu Milli Məclisə yetişməyib

© Sputnik / Murad OrujovMilli Məclisin iclası
Milli Məclisin iclası - Sputnik Azərbaycan, 1920, 12.02.2023
Abunə olmaq
Milli Məclis Avropa Parlamenti prezidentinin Sahibə Qafarovaya məktub göndərməsi barədə məlumatlara münasibət bildirib
BAKI, 12 fevral - Sputnik. Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.
Milli Məclisin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq qeyd olunub ki, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar:
"Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək".
Xəbər lenti
0