https://sputnik.az/20230212/fovqelade-hallar-nazirliyi-turkiyeye-ne-qeder-yardim-gonderib--451681965.html
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə nə qədər yardım göndərib?
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə nə qədər yardım göndərib?
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T12:25+0400
2023-02-12T12:25+0400
2023-02-12T14:28+0400
cəmiyyət
zəlzələ
yardım
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451761_41:0:1300:708_1920x0_80_0_0_2d667b3b7be846eba0e78adbef890e06.jpg
BAKI, 12 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min nəfərdən çox adam yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451761_198:0:1142:708_1920x0_80_0_0_791c9604fd3647578ab094342698e20c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, yardım, fövqəladə hallar nazirliyi
zəlzələ, yardım, fövqəladə hallar nazirliyi
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə nə qədər yardım göndərib?
12:25 12.02.2023 (Yenilənib: 14:28 12.02.2023) Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.
BAKI, 12 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.
Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.
Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min nəfərdən çox adam yaralanıb.