https://sputnik.az/20230212/dovlet-qulluguna-qebulla-bagli-bu-gun-kecirilen-imtahanin-neticesi-ne-vaxt-elan-edilecek-451685612.html
Dövlət qulluğuna qəbulla bağlı bu gün keçirilən imtahanın nəticəsi nə vaxt elan ediləcək?
Dövlət qulluğuna qəbulla bağlı bu gün keçirilən imtahanın nəticəsi nə vaxt elan ediləcək?
Sputnik Azərbaycan
Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T15:35+0400
2023-02-12T15:35+0400
2023-02-12T16:13+0400
təhsil
imtahan
dövlət imtahan mərkəzi
https://cdnn1.img.sputnik.az/img/41104/38/411043821_0:0:2000:1125_1920x0_80_0_0_9a175083f538ff5efa5f812be74dcf9c.jpg
BAKI, 12 fevral - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.DİM-in yaydığı məlumata görə, imtahan prosesinin idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.Bir nəfərin üzərində mobil telefon tapıldığı üçün imtahandan xaric olunub və nəticəsi araşdırılaraq ləğv olunacaq.Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.İmtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.***Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək."Report" xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:şəxsiyyəti təsdiq edən sənədin əsli;“İmtahana buraxılış vərəqəsi".İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 1674 olmaqla, ümumilikdə 2212 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 193 nəzarətçi müəllim, 20 buraxılış rejimi əməkdaşı ayrılıb.
https://sputnik.az/20230212/bu-gun-dovlet-qulluguna-qebul-imtahani-kecirilecek-451680548.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/38/411043821_293:0:2000:1280_1920x0_80_0_0_d429e392dd29beaa6f858e741bae2873.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi
imtahan, dövlət imtahan mərkəzi
Dövlət qulluğuna qəbulla bağlı bu gün keçirilən imtahanın nəticəsi nə vaxt elan ediləcək?
15:35 12.02.2023 (Yenilənib: 16:13 12.02.2023) Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
BAKI, 12 fevral - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.
DİM-in yaydığı məlumata görə, imtahan prosesinin idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Bir nəfərin üzərində mobil telefon tapıldığı üçün imtahandan xaric olunub və nəticəsi araşdırılaraq ləğv olunacaq.
Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
"Report" xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 1674 olmaqla, ümumilikdə 2212 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 193 nəzarətçi müəllim, 20 buraxılış rejimi əməkdaşı ayrılıb.