https://sputnik.az/20230212/ceyhun-bayramov-kuveyt-ve-qeterden-olan-hemkarlari-ile-ne-danisib-451688814.html
Ceyhun Bayramov Küveyt və Qətərdən olan həmkarları ilə nə danışıb?
Ceyhun Bayramov Küveyt və Qətərdən olan həmkarları ilə nə danışıb?
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Misir səfəri zamanı Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi və Küveyt dövlətinin xarici... 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T18:50+0400
2023-02-12T18:50+0400
2023-02-12T18:50+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
qətər
küveyt
misir
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:3073:1728_1920x0_80_0_0_7cb05ed333c4387dc4241df09a06f16e.jpg
BAKI, 12 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.İki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.Nazirlər həmsədrləri olduqları “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.Tərəflər, həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.***Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb.Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
küveyt
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:2731:2048_1920x0_80_0_0_dc395309aa91646c5b3c11791e685fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, qətər, küveyt, misir
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, qətər, küveyt, misir
Ceyhun Bayramov Küveyt və Qətərdən olan həmkarları ilə nə danışıb?
Azərbaycanın xarici işlər naziri Misir səfəri zamanı Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi və Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabahla görüşüb.
BAKI, 12 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
İki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.
Nazirlər həmsədrləri olduqları “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.
Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.