https://sputnik.az/20230212/ceyhan-terminalinda-azerbaycan-neftinin-yuklenmesi-berpa-olunub-451689644.html
Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub
Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub
Sputnik Azərbaycan
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması ilə əlaqədar BTC-nin Türkiyə hissəsinin və... 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T19:14+0400
2023-02-12T19:14+0400
2023-02-12T19:14+0400
neft-qaz
bp
ceyhan
bakı-tbilisi-ceyhan
bakı-tbilisi-ceyhan boru kəməri
https://cdnn1.img.sputnik.az/img/40626/29/406262915_0:154:3009:1846_1920x0_80_0_0_b5a3d758d6698d98178afcabb7c9aa00.jpg
BAKI, 12 fevral - Sputnik. Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılan Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Türkiyənin Ceyhan terminalında tankerə yüklənməsi bərpa edilib.Bu barədə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinin operatoru olan "BP Azerbaijan" şirkətindən bildirilib.BTC-nin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru olan “Botas International Limited” (BIL) şirkəti tərəfindən Ceyhandan neftin daşınması dayandırılıb.Bu qərar fevralın 6-da Türkiyənin bu bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması ilə əlaqədar qəbul edilib.BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, dəyən ziyan qiymətləndirilib, lazımi təmir işləri aparılıb və sınaqlardan sonra yanalma qurğularının tam təhlükəsiz olmasına əmin olan operator neftin sonradan dünya bazarlarına göndərilməsi üçün tankerə yüklənməsini bərpa edib (Report).Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində saxlanmaq üçün təhvil verilib.BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.
https://sputnik.az/20230206/zelzelede-baki-tbilisi-ceyhan-kemerine-hec-bir-zerer-deymeyib---bp-451471283.html
ceyhan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40626/29/406262915_170:0:2837:2000_1920x0_80_0_0_7335c11b50ad06fea29263a963b513fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bp, ceyhan, bakı-tbilisi-ceyhan, bakı-tbilisi-ceyhan boru kəməri
bp, ceyhan, bakı-tbilisi-ceyhan, bakı-tbilisi-ceyhan boru kəməri
Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması ilə əlaqədar BTC-nin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru olan BIL şirkəti tərəfindən Ceyhandan neftin daşınması dayandırılmışdı.
BAKI, 12 fevral - Sputnik. Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılan Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Türkiyənin Ceyhan terminalında tankerə yüklənməsi bərpa edilib.
Bu barədə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinin operatoru olan "BP Azerbaijan" şirkətindən bildirilib.
BTC-nin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru olan “Botas International Limited” (BIL) şirkəti tərəfindən Ceyhandan neftin daşınması dayandırılıb.
Bu qərar fevralın 6-da Türkiyənin bu bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması ilə əlaqədar qəbul edilib.
BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, dəyən ziyan qiymətləndirilib, lazımi təmir işləri aparılıb və sınaqlardan sonra yanalma qurğularının tam təhlükəsiz olmasına əmin olan operator neftin sonradan dünya bazarlarına göndərilməsi üçün tankerə yüklənməsini bərpa edib (Report).
Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində saxlanmaq üçün təhvil verilib.
BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.
Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.
Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.