https://sputnik.az/20230212/bam-in-tikintisi-ve-heyder-eliyev-rusiya-neqliyyat-strategiyasinin-en-aktual-movzusu-451662375.html
BAM-ın tikintisi və Heydər Əliyev: Rusiya nəqliyyat strategiyasının ən aktual mövzusu
BAM-ın tikintisi və Heydər Əliyev: Rusiya nəqliyyat strategiyasının ən aktual mövzusu
Sputnik Azərbaycan
Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T10:00+0400
2023-02-12T10:00+0400
2023-02-12T10:00+0400
heydər əliyev
baykal
dəmir yolu
bam
heydər əliyev ili
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450928732_0:0:2207:1242_1920x0_80_0_0_5e5867fcd567b3b8cdf5b3db985b6b06.jpg
BAKI, 12 fevral — Sputnik. Öz dövrünün nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal-Amur Magistralı (BAM) əslində insan fədakarlığının təcəssümü idi. Coğrafi baxımdan Azərbaycandan çox uzaqda yerləşən bu dəmiryolu marşrutunun reallaşmasında azərbaycanlıların da böyük əməyi olub. 1974-cü ildə bu magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunur. BAM-ın reallaşmasında məxsusi xidmətləri olan bir azərbaycanlı da var. Bu şəxs ulu öndər Heydər Əliyevdir. BAM-ın tikintisi başlayan zaman ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Həmin vaxt o müttəfiq respublikalardan birinin rəhbəri olaraq BAM-ın tikintisi və ümumittifaq əhəmiyyətli layihədəki işlərlə yaxından məşğul olurdu. BAM ümumittifaq tikintisi idi və Heydər Əliyev komissiyanın sədri olarkən bu tikintinin ərsəyə gəlməsi üçün əvəzsiz töhfə verib. BAM bu gün təkcə nəqliyyat infrastrukturunun mühüm elementi kimi deyil, həm də Avrasiya materikində yeni inkişaf layihəsinin vacib elementi kimi qəbul edilir. BAM-ın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilir və onun ətrafında Ulkan qəsəbəsi salınır. Bu da Heydər Əliyevin daimi nəzarəti altında idi. AzBAM tərəfindən reallaşdırılan inşaatda Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunur. Ulkanda olanlar hiss edirlər ki, bu layihə azərbaycanlılar tərəfindən həyata keçirilib. BAM-ın tikintisinə azərbaycanlıların ilk inşaat dəstəsi 1975-ci ilin əvvəlində gəlir. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır. Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 1982-ci ildə onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bu vaxta qədər göstərdiyi fəaliyyətin və əldə etdiyi uğurların hamı tərəfindən, o cümlədən partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi demək idi. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini təyin edilməklə Sovetlər Birliyinin 20-dən çox nazirliyi onun kurasiyasına keçdi. Nazirlər sovetinin ən nüfuzlu üzvlərindən biri kimi Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır istiqamətləri tapşırılır. BAM miqyasına və əhəmiyyətinə görə elə bir böyük layihə idi. Həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, materikin dəmiryolu nəqliyyatının gələcək strategiyası inkişaf edir. Məlum olduğu kimi BAM uzun bir tarixçəyə malikdir. Onun əvvəli Trans-Sibir dəmiryoluna gedib çıxırdı. Hələ Sovet dövlətinin ilk onilliklərində Sibir və uzaq Şərq ərazilərini mənimsəmək, onun sərvətlərinin əldə edilməsinə və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini vacib edirdi. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. Sovet dövləti həmin planları reallaşdırmağa 70-ci illərdə özündə güc tapdı. BAM-ın tikintisinə 1974-cü ildə başlanır. İqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırdı. İlk illərdə bu nəhəng tikilinin ehtiyaclarını təmin etmək üçün Sovetlər İttifaqının bütün gücü səfərbər olunur. Miqyasının və əhəmiyyətinin nəhəngliyinə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu. 1982-ci ilin axırlarında hakimiyyətə gəlmiş Andropovun komandası digər məsələlərlə yanaşı BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla aparmaq və başa çatdırmaq əzmində idi. Bu ağır sahəyə rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılır. 1983-cü il martın 4-də SSRİ nazirlər sovetinin BAM-ın tikintisi üzrə komissiyasının Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tikilinin ən aktual məsələləri gündəliyə salınır, müzakirə edilir. Heydər Əliyevin səyləri və verdiyi cəsarətli qərarın sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün olur. O vaxt BAM-ın bütün xətt üzrə işə düşməsinə başlıca maneə Severomuysk tunelində yaranmış obyektiv çətinlik idi. Məhz Heydər Əliyevin məsələni yerində araşdırması və düzgün qərar verməsi ilə tunelin dolama yolunun tikintisinə qərar verilir ki, bu da başlıca problemi həll etməyə imkan verir. BAM Trans-Sibir Rusiyanın bugünkü nəqliyyat strategiyasının aktual mövzularından biridir. Bu Rusiya hökumətinin "Dəmiryolu nəqliyyatının inkişafı" adlı sənədində də əksini tapıb. Bu gün də BAM-ın nə qədər böyük strateji əhəmiyyətə malik olması hər kəsə bəllidir. Bu faktiki olaraq Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa yoldur. Rusiyanın təbii ehtiyatlarının təxminə üçdə biri BAM-ın ərazisində yerləşir. BAM ərazisi isə 1.5 milyon kvadrat kilometrdir. Bu ərazidə Mendeleyev cədvəlinin demək olar ki, bütün elementləri var. Bu həqiqətən də gələcəyə yönəlmiş layihə idi. Xatırladaq ki, 2008-ci ilin iyulun 18-də Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450928732_0:0:2207:1656_1920x0_80_0_0_1c7718b34ab88b377317e11bd399c1f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
heydər əliyev, baykal, dəmir yolu, bam
heydər əliyev, baykal, dəmir yolu, bam
BAM-ın tikintisi və Heydər Əliyev: Rusiya nəqliyyat strategiyasının ən aktual mövzusu
Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur.
BAKI, 12 fevral — Sputnik. Öz dövrünün nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal-Amur Magistralı (BAM) əslində insan fədakarlığının təcəssümü idi. Coğrafi baxımdan Azərbaycandan çox uzaqda yerləşən bu dəmiryolu marşrutunun reallaşmasında azərbaycanlıların da böyük əməyi olub. 1974-cü ildə bu magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunur. BAM-ın reallaşmasında məxsusi xidmətləri olan bir azərbaycanlı da var. Bu şəxs ulu öndər Heydər Əliyevdir.
BAM-ın tikintisi başlayan zaman ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Həmin vaxt o müttəfiq respublikalardan birinin rəhbəri olaraq BAM-ın tikintisi və ümumittifaq əhəmiyyətli layihədəki işlərlə yaxından məşğul olurdu. BAM ümumittifaq tikintisi idi və Heydər Əliyev komissiyanın sədri olarkən bu tikintinin ərsəyə gəlməsi üçün əvəzsiz töhfə verib. BAM bu gün təkcə nəqliyyat infrastrukturunun mühüm elementi kimi deyil, həm də Avrasiya materikində yeni inkişaf layihəsinin vacib elementi kimi qəbul edilir.
BAM-ın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilir və onun ətrafında Ulkan qəsəbəsi salınır. Bu da Heydər Əliyevin daimi nəzarəti altında idi. AzBAM tərəfindən reallaşdırılan inşaatda Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunur. Ulkanda olanlar hiss edirlər ki, bu layihə azərbaycanlılar tərəfindən həyata keçirilib. BAM-ın tikintisinə azərbaycanlıların ilk inşaat dəstəsi 1975-ci ilin əvvəlində gəlir. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır.
Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 1982-ci ildə onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bu vaxta qədər göstərdiyi fəaliyyətin və əldə etdiyi uğurların hamı tərəfindən, o cümlədən partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi demək idi. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini təyin edilməklə Sovetlər Birliyinin 20-dən çox nazirliyi onun kurasiyasına keçdi. Nazirlər sovetinin ən nüfuzlu üzvlərindən biri kimi Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır istiqamətləri tapşırılır. BAM miqyasına və əhəmiyyətinə görə elə bir böyük layihə idi. Həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, materikin dəmiryolu nəqliyyatının gələcək strategiyası inkişaf edir.
Məlum olduğu kimi BAM uzun bir tarixçəyə malikdir. Onun əvvəli Trans-Sibir dəmiryoluna gedib çıxırdı. Hələ Sovet dövlətinin ilk onilliklərində Sibir və uzaq Şərq ərazilərini mənimsəmək, onun sərvətlərinin əldə edilməsinə və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini vacib edirdi. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. Sovet dövləti həmin planları reallaşdırmağa 70-ci illərdə özündə güc tapdı. BAM-ın tikintisinə 1974-cü ildə başlanır. İqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırdı. İlk illərdə bu nəhəng tikilinin ehtiyaclarını təmin etmək üçün Sovetlər İttifaqının bütün gücü səfərbər olunur. Miqyasının və əhəmiyyətinin nəhəngliyinə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu.
1982-ci ilin axırlarında hakimiyyətə gəlmiş Andropovun komandası digər məsələlərlə yanaşı BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla aparmaq və başa çatdırmaq əzmində idi. Bu ağır sahəyə rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılır. 1983-cü il martın 4-də SSRİ nazirlər sovetinin BAM-ın tikintisi üzrə komissiyasının Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tikilinin ən aktual məsələləri gündəliyə salınır, müzakirə edilir. Heydər Əliyevin səyləri və verdiyi cəsarətli qərarın sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün olur. O vaxt BAM-ın bütün xətt üzrə işə düşməsinə başlıca maneə Severomuysk tunelində yaranmış obyektiv çətinlik idi. Məhz Heydər Əliyevin məsələni yerində araşdırması və düzgün qərar verməsi ilə tunelin dolama yolunun tikintisinə qərar verilir ki, bu da başlıca problemi həll etməyə imkan verir.
BAM Trans-Sibir Rusiyanın bugünkü nəqliyyat strategiyasının aktual mövzularından biridir. Bu Rusiya hökumətinin "Dəmiryolu nəqliyyatının inkişafı" adlı sənədində də əksini tapıb. Bu gün də BAM-ın nə qədər böyük strateji əhəmiyyətə malik olması hər kəsə bəllidir. Bu faktiki olaraq Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa yoldur. Rusiyanın təbii ehtiyatlarının təxminə üçdə biri BAM-ın ərazisində yerləşir. BAM ərazisi isə 1.5 milyon kvadrat kilometrdir. Bu ərazidə Mendeleyev cədvəlinin demək olar ki, bütün elementləri var. Bu həqiqətən də gələcəyə yönəlmiş layihə idi.
Xatırladaq ki, 2008-ci ilin iyulun 18-də Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.