https://sputnik.az/20230212/azerbaycanda-tutun-memulatlari-alkoqollu-ickiler-bahalasa-biler-451615135.html
Azərbaycanda tütün məmulatları, alkoqollu içkilər bahalaşa bilər
Azərbaycanda tütün məmulatları, alkoqollu içkilər bahalaşa bilər
Sputnik Azərbaycan
Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi nəzərdə tutulur. 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T09:29+0400
2023-02-12T09:29+0400
2023-02-12T09:29+0400
siqaret
iqtisadiyyat
bahalaşma
alkoqol
alkoqollu içki
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_0:141:2000:1266_1920x0_80_0_0_49fe8072bae2b7e6e77239ddf540b2c9.jpg
BAKI, 12 fevral — Sputnik. Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin idxalına və istehsalına dövlət nəzarəti gücləndiriləcək. Məqsəd yerli istehsalın rəqabətinin artırılması və ixracının genişləndirilməsi, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir. Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. Tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələrinin mərhələli şəkildə artırılması, tütün məmulatları üçün aksiz markalarının əvvəlcədən ödənilməklə alınması, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi və s. nəzərdə tutulur. "Spirtli içkilərin hər növü üzrə minimum qiyməti olacaq" İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Nazirlər Kabineti 6 ay müddətində bu məsələlər ilə bağlı təkliflərini hazırlayacaq:"Qiymətlər yüksək olanda qaçaqmalçılıq halları artır" Onun sözlərinə görə, xarici ölkələrdə tütün məmulatları və alkoqollu içkilər ilə bağlı vergilərin, aksizlərin artırılmasına rahat şəkildə gedirlər:"Bu, sosial məsələ sayılmadığına görə həm vergi yükünün, həm də qiymətin artırılması daha rahatdır. Amma burada təhlükəli vəziyyət odur ki, qiymətlər qonşu ölkələrlə müqayisədə yüksək olanda qaçaqmalçılıq halları artır. Digər tərəfdən, saxta məhsulların bazara çıxması ehtimalı yüksəlir. Bu da insan sağlamlığına daha çox ziyan vurur. Burada elə bir həssas nöqtə tapmaq lazımdır ki, həm aksizlərin artmasından büdcəyə vəsait daxil olsun, həm sağlam həyat tərzini təşviq etsin, həm də qaçaqmalçılığın artmasına, saxta məhsulların bazara çıxarılmasına şərait yaratmasın". "Təkliflər təsdiqlənsə, qiymətlərdə yüksəliş görəcəyik" Tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsinə gəlincə, ekspert bildirib ki, bu addım tütün əkinlərinin çoxalmasına, yerli tütün istehsalının artmasına yönəlib. Azərbaycanda tütünçülüklə bağlı ənənələr mövcuddur və bu, təşviq üçün dəstək ola bilər. Tütün üçün aksiz markaları əvvəlcədən ödənilməklə alınacaq Onun fikrincə, tütün məmulatları üçün aksiz markalarının əvvəlcədən ödənilməklə alınması da qiymət artımına səbəb ola bilər. Çünki aksiz markası öncədən alınırsa, bu, o demək deyil ki, aksiz markası ilə markalanmalı olan məhsulların hamısı satılır. Yerli istehsalın rəqabət qabiliyyəti artırılır Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir. Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir: Yerli papiros və siqaret istehsalı azalıb Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə sahələrdən 5,1 min ton tütün yığılıb. Bu da 2021-ci illə müqayisədə 21 faiz azdır. 2022-ci ildə Azərbaycanda 768,9 milyon manat dəyərində tütün məmulatları istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 12,2 faiz azdır. Ötən il Azərbaycanda 13 milyard 299 milyon ədəd papiros və siqaretlər və 4164 ton fermentləşdirilmiş tütün istehsal edilib. 2021-ci illə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 13,1 faiz, fermentləşdirilmiş tütün istehsalı 2,6 faiz azalıb. Viski, konyak istehsalı kəskin artıb, araq istehsalı isə düşüb Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 1 milyon 244,9 min dekalitr araq istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 29,8 faiz azdır. Viski, konyak istehsalında isə kəskin artım qeydə alınıb. Belə ki, ötən il ölkədə 96 min dekalitr viski, konyak istehsal olunub. Bu da 2021-ci illə müqayisədə 2,9 dəfə çox deməkdir. Ötən il 943,1 min dekalitr üzüm şərabı, 4 milyon 683,6 min dekalitr pivə istehsal edilib. Bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 6,8 faiz və 0,5 faiz azdır. Tütün əkini sahələrinin azalmasının səbəbi açıqlanıb Onu da qeyd edək ki, ötən ay Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov "Report"a bildirib ki, Azərbaycandakı tütün emalı müəssisələrinin yerli xammala tələbatı azalıb. Onun sözlərinə görə, bu, tütün əkini sahələrinin də azalmasına səbəb olub:"Tütünçülük ölkəmiz üçün ənənəvi, əmək tutumlu, ixrac yönümlü vacib sahələrdən biridir. Bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu çərçivədə xeyli işlər görülüb. Dövlət tütünçülüyə dəstək verir, fermerlərə məhsul subsidiyası ödəyir və bütün bunlar kompleks şəkildə məhsul istehsalını stimullaşdırır. 2022-ci ildə 11 rayonda tütün əkilib, 5 min 66 ton məhsul yığılıb, bu da yaxşı göstəricidir. Məhsuldarlıq 21 sentner təşkil edib", - deyə o qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_227:0:2000:1330_1920x0_80_0_0_2e7f482fd6d70eb675952f534434e881.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siqaret, bahalaşma, alkoqol, alkoqollu içki
siqaret, bahalaşma, alkoqol, alkoqollu içki
Azərbaycanda tütün məmulatları, alkoqollu içkilər bahalaşa bilər
Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi nəzərdə tutulur.
BAKI, 12 fevral — Sputnik. Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin idxalına və istehsalına dövlət nəzarəti gücləndiriləcək. Məqsəd yerli istehsalın rəqabətinin artırılması və ixracının genişləndirilməsi, dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir. Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.
Tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələrinin mərhələli şəkildə artırılması, tütün məmulatları üçün aksiz markalarının əvvəlcədən ödənilməklə alınması, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi və s. nəzərdə tutulur.
"Spirtli içkilərin hər növü üzrə minimum qiyməti olacaq"
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Nazirlər Kabineti 6 ay müddətində bu məsələlər ilə bağlı təkliflərini hazırlayacaq:
"Burada bir neçə maraqlı yenilik var. Yeniliklərdən biri alkoqollu içkilərin ən aşağı qiymət həddinin müəyyən edilməsidir. Bu, o demək deyil ki, qiyməti dövlət müəyyən edəcək. Sadə dillə desək, məsələn, yarım litrlik arağın ən ucuzunun 5-7 manat olması ilə bağlı Nazirlər Kabineti təkliflər hazırlayacaq. Yəni bu qiymətdən aşağı yarım litrlik araq bazarda olmamalıdır. Beynəlxalq təcrübə nəzərə alınmaqla spirtli içkilərin hər növü üzrə minimum qiyməti olacaq. Bu addım spirtli içkilərin bahalaşmasına səbəb ola bilər".
"Qiymətlər yüksək olanda qaçaqmalçılıq halları artır"
Onun sözlərinə görə, xarici ölkələrdə tütün məmulatları və alkoqollu içkilər ilə bağlı vergilərin, aksizlərin artırılmasına rahat şəkildə gedirlər:
"Bu, sosial məsələ sayılmadığına görə həm vergi yükünün, həm də qiymətin artırılması daha rahatdır. Amma burada təhlükəli vəziyyət odur ki, qiymətlər qonşu ölkələrlə müqayisədə yüksək olanda qaçaqmalçılıq halları artır. Digər tərəfdən, saxta məhsulların bazara çıxması ehtimalı yüksəlir. Bu da insan sağlamlığına daha çox ziyan vurur. Burada elə bir həssas nöqtə tapmaq lazımdır ki, həm aksizlərin artmasından büdcəyə vəsait daxil olsun, həm sağlam həyat tərzini təşviq etsin, həm də qaçaqmalçılığın artmasına, saxta məhsulların bazara çıxarılmasına şərait yaratmasın".
"Təkliflər təsdiqlənsə, qiymətlərdə yüksəliş görəcəyik"
"Əgər bu məsələlərə dair təkliflər təsdiqlənsə, tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində yüksəliş görəcəyik. Alkoqollu içkilərin minimum qiyməti çox yüksək olsa, yəni həmin qiymətdən aşağı satmaq qadağan olunsa, bu, qiymət artımına daha ciddi təsir göstərəcək. Başqa sözlə, bu, minimum qiymət həddindən asılıdır. Nazirlər Kabinetinin təkliflərindən sonra daha dəqiq hesablama mümkün olacaq", - deyə o qeyd edib.
Tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsinə gəlincə, ekspert bildirib ki, bu addım tütün əkinlərinin çoxalmasına, yerli tütün istehsalının artmasına yönəlib. Azərbaycanda tütünçülüklə bağlı ənənələr mövcuddur və bu, təşviq üçün dəstək ola bilər.
Tütün üçün aksiz markaları əvvəlcədən ödənilməklə alınacaq
Onun fikrincə, tütün məmulatları üçün aksiz markalarının əvvəlcədən ödənilməklə alınması da qiymət artımına səbəb ola bilər. Çünki aksiz markası öncədən alınırsa, bu, o demək deyil ki, aksiz markası ilə markalanmalı olan məhsulların hamısı satılır.
"Spirtli içki bazarı dünyada ən çox rəqabətli bazarlardan biridir. Bazarda yer tutmaq, kiminsə yerinə daxil olmaq çox çətindir", - deyə ekspert əlavə edib.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir:
tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi,
tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi,
beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi,
qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi,
İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi,
İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Yerli papiros və siqaret istehsalı azalıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə sahələrdən 5,1 min ton tütün yığılıb. Bu da 2021-ci illə müqayisədə 21 faiz azdır. 2022-ci ildə Azərbaycanda 768,9 milyon manat dəyərində tütün məmulatları istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 12,2 faiz azdır.
Ötən il Azərbaycanda 13 milyard 299 milyon ədəd papiros və siqaretlər və 4164 ton fermentləşdirilmiş tütün istehsal edilib. 2021-ci illə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 13,1 faiz, fermentləşdirilmiş tütün istehsalı 2,6 faiz azalıb.
Viski, konyak istehsalı kəskin artıb, araq istehsalı isə düşüb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 1 milyon 244,9 min dekalitr araq istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 29,8 faiz azdır.
Viski, konyak istehsalında isə kəskin artım qeydə alınıb. Belə ki, ötən il ölkədə 96 min dekalitr viski, konyak istehsal olunub. Bu da 2021-ci illə müqayisədə 2,9 dəfə çox deməkdir.
Ötən il 943,1 min dekalitr üzüm şərabı, 4 milyon 683,6 min dekalitr pivə istehsal edilib. Bu da 2021-ci illə müqayisədə müvafiq olaraq 6,8 faiz və 0,5 faiz azdır.
Tütün əkini sahələrinin azalmasının səbəbi açıqlanıb
Onu da qeyd edək ki, ötən ay Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov "Report"a bildirib ki, Azərbaycandakı tütün emalı müəssisələrinin yerli xammala tələbatı azalıb. Onun sözlərinə görə, bu, tütün əkini sahələrinin də azalmasına səbəb olub:
"Əgər 2021-ci ildə ölkədə 3100 hektar sahədə tütün əkilmişdisə, 2022-ci ildə bu rəqəm 2431 hektar olub. Çünki, emal müəssisələrinin sifarişləri azalıb. Nazirlik olaraq əsas strateji hədəfimiz budur ki, fabriklər yerli tütündən istifadə etsin. Amma onların da xammalın keyfiyyəti ilə bağlı xüsusi tələbləri var, əsasən Virciniya sortuna üstünlük verirlər. Ötən təsərrüfat ilində əkilmiş tütünün 75 faizindən çoxu dediyim sorta aid olub. Bu da keyfiyyətə doğru ciddi irəliləyişlərdir".
"Tütünçülük ölkəmiz üçün ənənəvi, əmək tutumlu, ixrac yönümlü vacib sahələrdən biridir. Bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu çərçivədə xeyli işlər görülüb. Dövlət tütünçülüyə dəstək verir, fermerlərə məhsul subsidiyası ödəyir və bütün bunlar kompleks şəkildə məhsul istehsalını stimullaşdırır. 2022-ci ildə 11 rayonda tütün əkilib, 5 min 66 ton məhsul yığılıb, bu da yaxşı göstəricidir. Məhsuldarlıq 21 sentner təşkil edib", - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.