https://sputnik.az/20230211/xilasedicilerimiz-dagintilar-altinda-128-saat-qalmis-2-bacini-xilas-edibler---video-451672553.html
Xilasedicilərimiz dağıntılar altında 128 saat qalmış 2 bacını xilas ediblər - Video
Xilasedicilərimiz dağıntılar altında 128 saat qalmış 2 bacını xilas ediblər - Video
Sputnik Azərbaycan
BAKI, 11 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik... 11.02.2023, Sputnik Azərbaycan
2023-02-11T17:44+0400
2023-02-11T17:44+0400
2023-02-11T17:44+0400
azərbaycan xəbərləri
azərbaycan
fhn
türkiyə
zəlzələ
xilasedicilər
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_0:172:3030:1876_1920x0_80_0_0_a28252d31ffad93e7e9da9ad997fd607.jpg
BAKI, 11 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.Yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_150:0:2881:2048_1920x0_80_0_0_9ad390fb860c57a444848f8526f5e1f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, fhn, türkiyə, zəlzələ, xilasedicilər
azərbaycan, fhn, türkiyə, zəlzələ, xilasedicilər
Xilasedicilərimiz dağıntılar altında 128 saat qalmış 2 bacını xilas ediblər - Video
BAKI, 11 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.
Yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.