https://sputnik.az/20230211/xalq-artisti-nise-qasimova-insult-kecirib-451669265.html
Xalq artisti Nisə Qasımova insult keçirib
Xalq artisti Nisə Qasımova insult keçirib
Sputnik Azərbaycan
Hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir. 11.02.2023, Sputnik Azərbaycan
2023-02-11T15:14+0400
2023-02-11T15:14+0400
2023-02-11T15:14+0400
mədəniyyət
xalq artisti
insult
nisə qasımova
https://cdnn1.img.sputnik.az/img/07e4/09/18/425015059_0:0:1000:563_1920x0_80_0_0_eea30c8bb3849aeeb9d864f89bf416b8.jpg
BAKI, 11 fevral — Sputnik. Xalq artisti Nisə Qasımova insult keçirib. Hadisə iki həftə əvvəl baş verib. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir. Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var. Məsələ ilə bağlı açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib. Nisə xanımın sosial media səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək. Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi. Nisə Qasımova kimdir? 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. Nisə Qasımova 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki "Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanıb dünya səhnəsi ulduzlarından ilham alan müğənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur. 1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Hər çıxışında dinləyicilər tərəfindən nəhəng sevgi və izdahamlı alqışlarla qarşılanan sarışın müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisını ifa edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi "Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur. Yaradıcılığında Alla Puqaçova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə vətəndə bir müddət qalmağı qərarlaşdırır. Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdır. "Yalandı dünya" albomunun möhtəşəm uğurunun ardınca "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayır. O ərəfələrdə "Qayıtdım" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə "Kainat" studiyasını yaradır. Beləliklə səhnə fəaliyyətinin ikinci baharını yaşayan sənətkar 2004-cü ildə "Anar optik" mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalayır. Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarını dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı "Heydər Əliyev adına saray"da "Şahanə sevgimlə" adlı solo konsert proqramını gerçəkləşdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/18/425015059_0:0:1000:751_1920x0_80_0_0_f684cc24c0c686c459cc0686ca2cc9bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, insult, nisə qasımova
xalq artisti, insult, nisə qasımova
Xalq artisti Nisə Qasımova insult keçirib
Hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.
BAKI, 11 fevral — Sputnik. Xalq artisti Nisə Qasımova insult keçirib. Hadisə iki həftə əvvəl baş verib. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.
Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.
Məsələ ilə bağlı açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib. Nisə xanımın sosial media səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək.
Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.
8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur.
Nisə Qasımova 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki "Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanıb dünya səhnəsi ulduzlarından ilham alan müğənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.
1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Hər çıxışında dinləyicilər tərəfindən nəhəng sevgi və izdahamlı alqışlarla qarşılanan sarışın müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisını ifa edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi "Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.
Yaradıcılığında Alla Puqaçova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur.
Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə vətəndə bir müddət qalmağı qərarlaşdırır.
Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdır. "Yalandı dünya" albomunun möhtəşəm uğurunun ardınca "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayır. O ərəfələrdə "Qayıtdım" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə "Kainat" studiyasını yaradır. Beləliklə səhnə fəaliyyətinin ikinci baharını yaşayan sənətkar 2004-cü ildə "Anar optik" mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalayır. Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarını dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı "Heydər Əliyev adına saray"da "Şahanə sevgimlə" adlı solo konsert proqramını gerçəkləşdirir.