DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 min 665 nəfərə çatıb

© Ahmet Akpolat / DIA via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 11.02.2023
Abunə olmaq
Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. 80 88 nəfər xilas olunub.
BAKI, 10 fevral — Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 20 665 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. 80 88 nəfər xilas olunub.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 19 388 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, 77 711 nəfərin də yaralandığını əlavə edib.
***
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Sputnik Türkiyə-nin məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən Kahramanmaraşda qurulan səhra xəstəxanası ilk xəstələrini qəbul etməyə başlayıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 66 132 nəfərdir.
Dağılan bina sayı isə 6 444-dür.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.
Bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.
Dağılan bina sayı isə 6 444-dür.
***
Türkiyənin vitse-prezidenti Fuat Oktayın verdiyi ən son məlumata görə Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
O qeyd edib ki, zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb. Bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir. Dağılan bina sayı isə 6444-dür.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 62937 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Xəbər lenti
0