https://sputnik.az/20230211/sehiyye-nazirliyi-turkiyeye-elave-18-tibb-iscisi-gonderib-451664294.html
Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərib
Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərib
Sputnik Azərbaycan
Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib. 11.02.2023, Sputnik Azərbaycan
2023-02-11T15:01+0400
2023-02-11T15:01+0400
2023-02-11T15:01+0400
tibb
cəmiyyət
səhiyyə nazirliyi
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_0:0:3077:1731_1920x0_80_0_0_ff9432eb5122b0f842873fa00658347f.jpg
BAKI, 11 fevral — Sputnik.Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib. Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib. R.Qudayev əlavə edib ki, humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir:«Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.Türkiyədə baş vermiş zəlzələ hər birimizi sarsıltdı. Bu çətin anlarda türk xalqı ilə birlikdəyik. Türk qardaşlarımıza səbr diləyirəm", Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_348:0:3077:2047_1920x0_80_0_0_019374a78d70fe8671a5320c3a0ad818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, səhiyyə nazirliyi, türkiyə, zəlzələ
tibb, səhiyyə nazirliyi, türkiyə, zəlzələ
Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərib
Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.
BAKI, 11 fevral — Sputnik.Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib.
Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib. R.Qudayev əlavə edib ki, humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir:
«Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.Türkiyədə baş vermiş zəlzələ hər birimizi sarsıltdı. Bu çətin anlarda türk xalqı ilə birlikdəyik. Türk qardaşlarımıza səbr diləyirəm",
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.