Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

© Sputnik / Ilham MustafayevDuman
Duman - Sputnik Azərbaycan, 1920, 11.02.2023
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
BAKI, 11 fevral - Sputnik. Fevralın 12-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
O da bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0