https://sputnik.az/20230211/berpa-quruculuq-islerinde-de-turkiyenin-yaninda-olacagiq---xn-451672763.html
Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq - XİN
Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq - XİN
Sputnik Azərbaycan
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6... 11.02.2023, Sputnik Azərbaycan
2023-02-11T17:49+0400
2023-02-11T17:49+0400
2023-02-11T17:49+0400
azərbaycan xəbərləri
azərbaycan xin
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_0:160:3072:1888_1920x0_80_0_0_cbe756a7d4747561b44ac43f47aa789b.jpg
BAKI, 11 fevral - Sputnik. Zəlzələdən irəli gələrək hər məqamın özünün prioritetləri var. Hazırda əsas prioritet insanları xilas etmək, yaralılara kömək göstərməkdir və növbəti mərhələdə bu bölgələrin hamısını yenidən həyata qaytarmaq olacaq. Bununla bağlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğan artıq bir zaman mesajı da verdi ki, bir il ərzində Türkiyə bunun öhdəsindən gələcək.Azərtac xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında söyləyib.“Biz əminik ki, qüdrətli Türkiyə dövləti bunun öhdəsindən gələcək. Azərbaycan dövləti adından Prezident İlham Əliyev bunu artıq bəyan edib ki, biz ilk dəqiqələrdən, ilk saatlardan türkiyəli bacı və qardaşlarımızın yanında olmağımızla bərabər, bütün bu proseslərdə, o cümlədən bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”, - deyə Ceyhun Bayramov vurğulayıb.Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568928_171:0:2902:2048_1920x0_80_0_0_bb6f8484d56ffb50e9b833dd5a070103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, türkiyə, zəlzələ
azərbaycan xin, türkiyə, zəlzələ
Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq - XİN
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
BAKI, 11 fevral - Sputnik. Zəlzələdən irəli gələrək hər məqamın özünün prioritetləri var. Hazırda əsas prioritet insanları xilas etmək, yaralılara kömək göstərməkdir və növbəti mərhələdə bu bölgələrin hamısını yenidən həyata qaytarmaq olacaq. Bununla bağlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğan artıq bir zaman mesajı da verdi ki, bir il ərzində Türkiyə bunun öhdəsindən gələcək.
Azərtac xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında söyləyib.
“Biz əminik ki, qüdrətli Türkiyə dövləti bunun öhdəsindən gələcək. Azərbaycan dövləti adından Prezident İlham Əliyev bunu artıq bəyan edib ki, biz ilk dəqiqələrdən, ilk saatlardan türkiyəli bacı və qardaşlarımızın yanında olmağımızla bərabər, bütün bu proseslərdə, o cümlədən bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.