https://sputnik.az/20230211/azerbaycanli-ve-rusiyali-alpinistler-turkiyede-insanlari-nece-xilas-edirler-451651678.html
Azərbaycanlı və rusiyalı alpinistlər Türkiyədə insanları necə xilas edirlər
Azərbaycanlı və rusiyalı alpinistlər Türkiyədə insanları necə xilas edirlər
Sputnik Azərbaycan
Azərbaycanlı alpinistlər rus və türkmən həmkarları ilə birlikdə Türkiyədə 9 nəfəri dağıntılar altından çıxarıb və xilasetmə əməliyyatlarında iştiraklarını... 11.02.2023, Sputnik Azərbaycan
2023-02-11T10:31+0400
2023-02-11T10:31+0400
2023-02-11T10:31+0400
cəmiyyət
zəlzələ
türkiyə
alpinist
xilasetmə
xilasetmə işləri
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451616730_0:261:768:693_1920x0_80_0_0_659c72148497117f53a764ff30642d69.jpg
BAKI, 11 fevral - Sputnik. Tanınmış azərbaycanlı alpinistlər - Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu və təcrübəli dağ bələdçisi Renat Rəhimxanov Türkiyədə xilasetmə əməliyyatlarında iştirak edirlər. Aşurlu Sputnik Azərbaycan-a bildirib ki, fevralın 2-də müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə Ərzurum Beynəlxalq Buzadırmanma Festivalında iştirak etmək üçün Türkiyənin Ərzurumuna gəlib."Beş gün Ərzurumda qalmalı, sonrakı dörd günü İzmirdə qayalıqlarda keçirməli idik, lakin Türkiyədə baş verən faciə bütün planlarımızı dəyişdi. Zəlzələdən xəbər tutan kimi könüllü alpinist dəstəsi yaradıldı. Mən, Renat Rəhimxanov, Rusiya, Türkiyədən və Türkmənistandan olan həmkarlarımız da Hatay vilayətində bizə mikrorayon ayrılan təbii fəlakət yerinə getdik”, - deyə Aşurlu bildirib.Onun sözlərinə görə, ilk gün dağıntılar altından bir nəfəri çıxara biliblər. O bildirib ki, insanların tapılması və dağıntılar altından xilas edilməsində çətinlik elektrik enerjisinin olmaması, qaranlıqda əməliyyatların aparılmasının çətin olmasıdır. Aşurlu əlavə edib ki, onlar insanları axtarmaq və telefonları doldurmaq üçün generatorlardan istifadə edirlər, isinmək üçün isə alpinistlər yanğınlar törədirlər."Biz ancaq sağ qalanları axtarırıq. Biz meyit çıxarmaqla məşğul deyilik. Dağıntılar altından kiminsə səsi eşidiləndə və ya yuxarı mərtəbələrdə qalan insanlara kömək etmək lazım olanda bizi çağırırlar. Biz yaralılara heç nə olmasın deyə çalışırıq ki, hər şeyi maksimum tez edək. Bu bizim üstünlüyümüzdür. Cəsədlər tapsaq, dərhal yerli xidmətlərə məlumat veririk. Nə qədər ki, yardımımıza ehtiyac var, biz burada qalıb insanlara kömək etməyə davam edəcəyik. Hazırda , qrupumuz 9 nəfəri dağıntılar altından və daha bir nəfəri binanın üst mərtəbəsindən çıxarıb”, - alpinist bildirib.Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451616730_0:31:769:607_1920x0_80_0_0_f11ea920f39422d214f3fe42c6b06a4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
zəlzələ, türkiyə, alpinist, xilasetmə, xilasetmə işləri
zəlzələ, türkiyə, alpinist, xilasetmə, xilasetmə işləri
Azərbaycanlı və rusiyalı alpinistlər Türkiyədə insanları necə xilas edirlər
Azərbaycanlı alpinistlər rus və türkmən həmkarları ilə birlikdə Türkiyədə 9 nəfəri dağıntılar altından çıxarıb və xilasetmə əməliyyatlarında iştiraklarını davam etdirmək niyyətindədirlər.
BAKI, 11 fevral - Sputnik. Tanınmış azərbaycanlı alpinistlər - Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu və təcrübəli dağ bələdçisi Renat Rəhimxanov Türkiyədə xilasetmə əməliyyatlarında iştirak edirlər.
Aşurlu Sputnik Azərbaycan-a bildirib ki, fevralın 2-də müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə Ərzurum Beynəlxalq Buzadırmanma Festivalında iştirak etmək üçün Türkiyənin Ərzurumuna gəlib.
"Beş gün Ərzurumda qalmalı, sonrakı dörd günü İzmirdə qayalıqlarda keçirməli idik, lakin Türkiyədə baş verən faciə bütün planlarımızı dəyişdi. Zəlzələdən xəbər tutan kimi könüllü alpinist dəstəsi yaradıldı. Mən, Renat Rəhimxanov, Rusiya, Türkiyədən və Türkmənistandan olan həmkarlarımız da Hatay vilayətində bizə mikrorayon ayrılan təbii fəlakət yerinə getdik”, - deyə Aşurlu bildirib.
Onun sözlərinə görə, ilk gün dağıntılar altından bir nəfəri çıxara biliblər. O bildirib ki, insanların tapılması və dağıntılar altından xilas edilməsində çətinlik elektrik enerjisinin olmaması, qaranlıqda əməliyyatların aparılmasının çətin olmasıdır. Aşurlu əlavə edib ki, onlar insanları axtarmaq və telefonları doldurmaq üçün generatorlardan istifadə edirlər, isinmək üçün isə alpinistlər yanğınlar törədirlər.
"Biz ancaq sağ qalanları axtarırıq. Biz meyit çıxarmaqla məşğul deyilik. Dağıntılar altından kiminsə səsi eşidiləndə və ya yuxarı mərtəbələrdə qalan insanlara kömək etmək lazım olanda bizi çağırırlar. Biz yaralılara heç nə olmasın deyə çalışırıq ki, hər şeyi maksimum tez edək. Bu bizim üstünlüyümüzdür. Cəsədlər tapsaq, dərhal yerli xidmətlərə məlumat veririk. Nə qədər ki, yardımımıza ehtiyac var, biz burada qalıb insanlara kömək etməyə davam edəcəyik. Hazırda , qrupumuz 9 nəfəri dağıntılar altından və daha bir nəfəri binanın üst mərtəbəsindən çıxarıb”, - alpinist bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.