https://sputnik.az/20230210/seysmoloji-xidmet-merkezi-ehaliye-muraciet-edib-451644497.html
Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
Sputnik Azərbaycan
Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T18:40+0400
2023-02-10T18:40+0400
2023-02-10T18:40+0400
cəmiyyət
zəlzələ
respublika seysmoloji xidmət mərkəzi
seysmoloji xidmət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42314/36/423143684_0:160:3073:1888_1920x0_80_0_0_f4d9a11ce0b329d967369a2af410d5c6.jpg
BAKI, 10 fevral - Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.Mərkəzdən verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.Yayılan təxribat xarakerli şayiələrə inanmayın!"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42314/36/423143684_170:0:2901:2048_1920x0_80_0_0_00796455d510acd4da2c0453dc125a02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji xidmət mərkəzi
zəlzələ, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji xidmət mərkəzi
Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır.
BAKI, 10 fevral - Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
Mərkəzdən verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:
"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.
Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.
Yayılan təxribat xarakerli şayiələrə inanmayın!"