Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyadakı Azərbaycan diasporu Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göndərib

© Sputnik / Murad OrujovTürkiyədə zəlzələdən zərərçəkənlərə yardım
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
8 təşkilat, 2 icmanın ianə etdiyi vəsaitin 51000 manatı nağd, 231600 manatı isə humanitar yardım şəklində istifadə edilib.
BAKI, 10 fevral — Sputnik. Rusiyadakı Azərbaycan diasporu və fərdi şəxslər tərəfindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə 282600 min manat məbləğində yardım göstərilib.
8 təşkilat, 2 icmanın ianə etdiyi vəsaitin 51000 manatı nağd, 231600 manatı isə humanitar yardım şəklində istifadə edilib.
Yardım edənlər Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti, Pyotiqorsk şəhəri "Araz" Milli-Mədəni Muxtariyyəti, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi, Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz Bazarında çalışan azərbaycanlı iş adamları, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyəti, "Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu" Regional İctimai Təşkilatı, "Ural-Azərbaycan" Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı, Azərbaycan İcmaları Konqresi, Ukraynanın Lvov şəhərindəki Azərbaycan icmasının üzvləri olublar.
Xəbər lenti
0