https://sputnik.az/20230210/orbitdeki-10-yasli-peykimiz---azerkosmos-12-ilde-hansi-ugurlar-elde-edib-foto-video-451643697.html
Orbitdəki 10 yaşlı peykimiz - "Azərkosmos" 12 ildə hansı uğurları əldə edib? Foto-Video
Orbitdəki 10 yaşlı peykimiz - "Azərkosmos" 12 ildə hansı uğurları əldə edib? Foto-Video
Sputnik Azərbaycan
"Azərkosmos" 12 ildə 10 il ərzində 500 milyon manat gəlir əldə edilib. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T20:35+0400
2023-02-10T20:35+0400
2023-02-10T20:44+0400
azərkosmos
elm
yubiley
peyk
azerspace-2
"azerspace-2"
azerspace
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:120:1280:840_1920x0_80_0_0_e8e240509b4a820734d07ab929c4e6fb.jpg
BAKI, 10 fevral — Sputnik. İki gün öncə "Azərkosmos" un fəaliyyətə başlamasından 12, "Azerspace-1" peykinin orbitə buraxılmasından isə 10 il ötdü. Sputnik Azərbaycan Azərbaycanın kosmik ölkəyə çevrilməsində böyük payı olan bu qurumun keçdiyi yola işıq salıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov-un Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik: - Dunay müəllim, "Azərkosmos" un fəaliyyətə başlamasından 12 il ötür. Bu müddətdə " Azərkosmos" nələrə nail oldu? "Azərkosmos" un yaradılmasının ölkəmizə qazandırdığı üstünlüklər, eləcə də əhəmiyyəti nələrdən ibarətdir? - "Azərkosmos"un əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə qoyulub. Fəaliyyətinə isə 2011-ci ildən başlanılıb. Əsas məqsəd 2009-cu ildə təsdiq olunmuş proqramın icrasıdır. Hansı ki, bu proqram üç peykin buraxılmasını özündə ehtiva edir. Bu peyklər vasitəsilə Azərbaycanın telekommunikasiya və müşahidə xidmətləri ixrac etməsi mümkün oldu. - "Azerspace-1" peykinin orbitə buraxılmasından isə 10 il ötür. Peykimizin orbitə çıxması bizə hansı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı yaratdı? - "Azerspace-1" peykinin buraxılması 2013-cü ildə fevralın 8-də baş tutdu. Azərbaycanın öz peykini orbitə çıxarması Azərbaycanı kosmik bir ölkəyə çevirdi. Hazırda orbitdə bizim üç peykimiz var. Bunlar "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri, "Azersky" Yerin məsafədən müşahidəsi peykidir. Bu peyklərimiz vasitəsilə yerli və beynəlxalq istifadəçilərə xidmətlər verməyə başladıq. - "Azərkosmos" hazırda dünyanın neçə ölkəsinə peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri göstərir? - Bu gün biz 42 ölkədə 200-ə yaxın korporativ və digər müştərilərə xidmətlər veririk. "Azərkosmos"un verdiyi xidmətlər telekommunikasiya peykləri üzərindən Avropa, Mərkəzi Asiya və Yaxın Şərq və Afrika bölgələrini əhatə edir. Peyklərimiz üzərindən beş dildə 200-dən çox televiziya və radio kanalı yayımlanır. Peyk resurslarının istifadəsi dünya standartlarına görə yaxşı səviyyədədir. - "Azərkosmos"un illik ümumi gəliri nə qədərdir? - Verdiyimiz xidmətlər nəticəsində 10 il ərzində 500 milyon manat gəlir əldə edilib. - "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin neçə faizini təşkil edir? İxrac etdiyiniz xidmətlərdən əldə etdiyiniz gəliri qənaətbəxş sayırsınızmı? Bu rəqəmi artırmaq üçün hansı planlarınız var? - Bu gəlirin 90 faizi xidmətlərin xaricə ixracından formalaşıb. Biz bununla başqa dövlətlərin kosmik peyklərindən istifadədən özümüz kosmik ölkəyə çevrildik. Belə demək mümkündür ki, peyk xidmətləri təqdim edən bir ölkə olduq. Bu xidmətlərin verilməsi Azərbaycanda yeni bir sahənin yaranmasına gətirib çıxardı. Bu sahəni idarə edən kadrlar formalaşdı. Bu gün dünyada peyk xidmətləri verən ölkələr var. Amma rəqabətə davamlı peyk xidmətləri verən ölkələrin sayı elə də çox deyil. Ölkəmiz bu gün rəqabətə davamlı peyk xidmətləri verən ölkələr sırasındadır. Bu Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına geniş imkanlar yaratdı. Peyklərimizin doluluğu 80 faizdir ki, bu da çox yaxşı rəqəmdir. Biz xidmətlərimizin sayını və keyfiyyətini artırmaq üçün daim çalışırıq. - Daha hansı peyk xidmətləri təqdim etmək niyyətindəsiniz? - Hazırda peyk xidmətlərinə əlavə dəyər xidmətləri üzərində də işləyirik. Bir neçə ildir ki, kooperativ müştərilərə Xəzər dənizi, Körfəz, Aralıq dənizi, eləcə də Qara dənizdə olan gəmilərə şəbəkə xidmətləri vermək üçün "Azconexus" xidmətinə başlamışıq. Bundan başqa peyk təsvirlərindən də geniş istifadə olunur. Azərbaycanın "Azersky" peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir. Həmçinin dövlət qurumlarını peyk təsvirlərini analiz etməsi üçün "web CİS" sistemi yaradılıb. - "Azerspace-1" peykinin istismar müddəti nə qədərdir? - "Azerspace-1" peykinin layihələndirilərkən dünya standartlarına uyğun olaraq 15 il üçün layihələndirilib. Amma peykin buraxılması və uğurlu idarəedilməsi həyata keçirildiyindən, hazırda gözlədiyimiz istismar müddəti 16 il təşkil edir. - Telekomunikasiya və müşahidə peyki ilə bağlı strategiyanız necədir. Yeni peykimizin hazırlanması nəzərdə tutulubmu? Əgər nəzərdə tutulubsa, bizim peykimizin hazırlanmasında tərəfdaşımız hansı ölkə ola bilər? Ötən dəfə bu Fransa idi. - Biz peyk xidmətləri bazarını yaxından izləyirik. Burada rəqabətə davamlı xidmət göstərmək üçün ən yeni texnologiyalardan istifadə edilməlidir. Bazarın tələbatına uyğun xidmətlər göstərilməlidir. Ona görə də, biz hələ araşdırmalarımızı davam edirik. Konkret bu gün üçün hansısa peyk layihəsi barədə qəti söz demək çətindir. Amma sözsüz ki, tərəfdaş seçilən zaman biz ən etibarlı və müasir texnologiyalarla işləyən tərəfdaşı seçməyi planlaşdırırıq. - Azərbaycanın "Rusiya Peyk Rabitəsi" ilə əməkdaşlığı hazırda da davam edirmi? Bu əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi planı varmı? -"Azərkosmos" bu gün xüsusilə telekommunikasiya peyklərimizin əhatə zonasında yerləşən region ölkələri, onların şirkətləri ilə yaxından əməkdaşlıq edir. Gürcüstanın və Qırğızıstanın yerli kanallarının peyk vasitəsilə yayımı "Azerspace-1" peyki vasitəsilə həyata keçirilir. Bu əməkdaşlığın gələcəkdə regionun digər ölkələri ilə artacağını gözləyirik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:0:1280:960_1920x0_80_0_0_c40f04642af63bedc6a8d588b6e2ff63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərkosmos, yubiley, peyk, azerspace-2, "azerspace-2", azerspace
azərkosmos, yubiley, peyk, azerspace-2, "azerspace-2", azerspace
Orbitdəki 10 yaşlı peykimiz - "Azərkosmos" 12 ildə hansı uğurları əldə edib? Foto-Video
20:35 10.02.2023 (Yenilənib: 20:44 10.02.2023) "Azərkosmos" 12 ildə 10 il ərzində 500 milyon manat gəlir əldə edilib.
BAKI, 10 fevral — Sputnik. İki gün öncə "Azərkosmos" un fəaliyyətə başlamasından 12, "Azerspace-1" peykinin orbitə buraxılmasından isə 10 il ötdü. Sputnik Azərbaycan Azərbaycanın kosmik ölkəyə çevrilməsində böyük payı olan bu qurumun keçdiyi yola işıq salıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov-un Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik:
- Dunay müəllim, "Azərkosmos" un fəaliyyətə başlamasından 12 il ötür. Bu müddətdə " Azərkosmos" nələrə nail oldu? "Azərkosmos" un yaradılmasının ölkəmizə qazandırdığı üstünlüklər, eləcə də əhəmiyyəti nələrdən ibarətdir?
- "Azərkosmos"un əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə qoyulub. Fəaliyyətinə isə 2011-ci ildən başlanılıb. Əsas məqsəd 2009-cu ildə təsdiq olunmuş proqramın icrasıdır. Hansı ki, bu proqram üç peykin buraxılmasını özündə ehtiva edir. Bu peyklər vasitəsilə Azərbaycanın telekommunikasiya və müşahidə xidmətləri ixrac etməsi mümkün oldu.
- "Azerspace-1" peykinin orbitə buraxılmasından isə 10 il ötür. Peykimizin orbitə çıxması bizə hansı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı yaratdı?
- "Azerspace-1" peykinin buraxılması 2013-cü ildə fevralın 8-də baş tutdu. Azərbaycanın öz peykini orbitə çıxarması Azərbaycanı kosmik bir ölkəyə çevirdi. Hazırda orbitdə bizim üç peykimiz var. Bunlar "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri, "Azersky" Yerin məsafədən müşahidəsi peykidir. Bu peyklərimiz vasitəsilə yerli və beynəlxalq istifadəçilərə xidmətlər verməyə başladıq.
- "Azərkosmos" hazırda dünyanın neçə ölkəsinə peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri göstərir?
- Bu gün biz 42 ölkədə 200-ə yaxın korporativ və digər müştərilərə xidmətlər veririk. "Azərkosmos"un verdiyi xidmətlər telekommunikasiya peykləri üzərindən Avropa, Mərkəzi Asiya və Yaxın Şərq və Afrika bölgələrini əhatə edir. Peyklərimiz üzərindən beş dildə 200-dən çox televiziya və radio kanalı yayımlanır. Peyk resurslarının istifadəsi dünya standartlarına görə yaxşı səviyyədədir.
- "Azərkosmos"un illik ümumi gəliri nə qədərdir?
- Verdiyimiz xidmətlər nəticəsində 10 il ərzində 500 milyon manat gəlir əldə edilib.
- "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin neçə faizini təşkil edir? İxrac etdiyiniz xidmətlərdən əldə etdiyiniz gəliri qənaətbəxş sayırsınızmı? Bu rəqəmi artırmaq üçün hansı planlarınız var?
- Bu gəlirin 90 faizi xidmətlərin xaricə ixracından formalaşıb. Biz bununla başqa dövlətlərin kosmik peyklərindən istifadədən özümüz kosmik ölkəyə çevrildik. Belə demək mümkündür ki, peyk xidmətləri təqdim edən bir ölkə olduq. Bu xidmətlərin verilməsi Azərbaycanda yeni bir sahənin yaranmasına gətirib çıxardı. Bu sahəni idarə edən kadrlar formalaşdı. Bu gün dünyada peyk xidmətləri verən ölkələr var. Amma rəqabətə davamlı peyk xidmətləri verən ölkələrin sayı elə də çox deyil. Ölkəmiz bu gün rəqabətə davamlı peyk xidmətləri verən ölkələr sırasındadır. Bu Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına geniş imkanlar yaratdı. Peyklərimizin doluluğu 80 faizdir ki, bu da çox yaxşı rəqəmdir. Biz xidmətlərimizin sayını və keyfiyyətini artırmaq üçün daim çalışırıq.
- Daha hansı peyk xidmətləri təqdim etmək niyyətindəsiniz?
- Hazırda peyk xidmətlərinə əlavə dəyər xidmətləri üzərində də işləyirik. Bir neçə ildir ki, kooperativ müştərilərə Xəzər dənizi, Körfəz, Aralıq dənizi, eləcə də Qara dənizdə olan gəmilərə şəbəkə xidmətləri vermək üçün "Azconexus" xidmətinə başlamışıq. Bundan başqa peyk təsvirlərindən də geniş istifadə olunur. Azərbaycanın "Azersky" peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir. Həmçinin dövlət qurumlarını peyk təsvirlərini analiz etməsi üçün "web CİS" sistemi yaradılıb.
- "Azerspace-1" peykinin istismar müddəti nə qədərdir?
- "Azerspace-1" peykinin layihələndirilərkən dünya standartlarına uyğun olaraq 15 il üçün layihələndirilib. Amma peykin buraxılması və uğurlu idarəedilməsi həyata keçirildiyindən, hazırda gözlədiyimiz istismar müddəti 16 il təşkil edir.
- Telekomunikasiya və müşahidə peyki ilə bağlı strategiyanız necədir. Yeni peykimizin hazırlanması nəzərdə tutulubmu? Əgər nəzərdə tutulubsa, bizim peykimizin hazırlanmasında tərəfdaşımız hansı ölkə ola bilər? Ötən dəfə bu Fransa idi.
- Biz peyk xidmətləri bazarını yaxından izləyirik. Burada rəqabətə davamlı xidmət göstərmək üçün ən yeni texnologiyalardan istifadə edilməlidir. Bazarın tələbatına uyğun xidmətlər göstərilməlidir. Ona görə də, biz hələ araşdırmalarımızı davam edirik. Konkret bu gün üçün hansısa peyk layihəsi barədə qəti söz demək çətindir. Amma sözsüz ki, tərəfdaş seçilən zaman biz ən etibarlı və müasir texnologiyalarla işləyən tərəfdaşı seçməyi planlaşdırırıq.
- Azərbaycanın "Rusiya Peyk Rabitəsi" ilə əməkdaşlığı hazırda da davam edirmi? Bu əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi planı varmı?
-"Azərkosmos" bu gün xüsusilə telekommunikasiya peyklərimizin əhatə zonasında yerləşən region ölkələri, onların şirkətləri ilə yaxından əməkdaşlıq edir. Gürcüstanın və Qırğızıstanın yerli kanallarının peyk vasitəsilə yayımı "Azerspace-1" peyki vasitəsilə həyata keçirilir. Bu əməkdaşlığın gələcəkdə regionun digər ölkələri ilə artacağını gözləyirik.