Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikayıl Cabbarov: "Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir"

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Cabbarov vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə yanaşı yeni üfüqlərin müəyyənləşdirilməsini də vurğulayıb.
BAKI, 10 fevral - Sputnik. "Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir ki, biz bunu işğaldan azad edilən ərazilərimizdə görürük".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu ilin əvvəlindən Prezidentin tapşırıq və təşəbbüsünə əsasən vergi, sosial müdafiə sahəsi və gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib:
"Vergi sahəsində effektiv nəzarət təbii olaraq vacibdir. İqtisadiyyatın şaxələndirilməsi və investiyasların cəlb edilməsində kölgə iqtisadiyyatı ilə sistemli mübarizəni davam edəcəyik. Düşünürəm ki, bunun alternativi yoxdur və bu, öz müsbət nəticəsini verir. Biz bunu orta aylıq əmək haqqında, daimi iş yerlərinin sayında, vergi mədaxillərində, gündəlik həyatda aydın şəkildə görürük".
M.Cabbarov vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə yanaşı yeni üfüqlərin müəyyənləşdirilməsini də vurğulayıb:
"Burada xüsusi olaraq son aylar ərzində Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Xidməti arasında əməkdaşlığının sinxronlaşdırılmasını təqdir edirəm. Bu, faktiki olaraq vergi ödəyiciləri üçün aydınlığı, sabitliyi təmin edir və ayrı-ayrı orqanların eyni qanunu fərqli şəkildə təsbit etməsini minimallaşdırır. Digər tərəfdən hər iki qurumun işinin səmərəliliyi artırır. 2023-cü ildə buna xüsusi diqqət verməyə davam edəcəyik. Beləliklə vergi siyasətinin iqtisadiyyatın, sahibkarlığın böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Sistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti ilə dəstəklənir".
Xəbər lenti
0