https://sputnik.az/20230210/kend-teserrufati-nazirliyi-istixana-sahiblerine-muraciet-edib-451611728.html
Kənd Təsərrüfatı Nazirliyi istixana sahiblərinə müraciət edib
Kənd Təsərrüfatı Nazirliyi istixana sahiblərinə müraciət edib
Sputnik Azərbaycan
Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T14:28+0400
2023-02-10T14:28+0400
2023-02-10T14:28+0400
istixana
iqtisadiyyat
müraciət
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42431/75/424317513_0:321:3071:2048_1920x0_80_0_0_8584c1ac485d90ecedc49540981d2a60.jpg
BAKI, 10 fevral — Sputnik. İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də "Tədarükçü modulu"nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər. Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir. Həmçinin, Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq. EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə də müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/75/424317513_133:0:2864:2048_1920x0_80_0_0_7f5a3f0538df06c947f6377eeb6daa46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
istixana, müraciət, kənd təsərrüfatı nazirliyi
istixana, müraciət, kənd təsərrüfatı nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi istixana sahiblərinə müraciət edib
Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.
BAKI, 10 fevral — Sputnik. İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də "Tədarükçü modulu"nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir.
Həmçinin, Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.
EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə də müraciət edə bilərlər.