https://sputnik.az/20230210/ermenistanin-sabiq-mudafie-nazirinin-hebsi-ile-bagli-vesatet-temin-olunub-451646106.html
Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin olunub
Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin olunub
Sputnik Azərbaycan
Sarkisyan özü isə bu qərarı siyasi təqibin əlaməti adlandırıb və mənzillərin adlarının dərc olunması ilə bağlı çağırış edib. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T20:10+0400
2023-02-10T20:10+0400
2023-02-10T20:11+0400
dünya xəbərləri
baş prokurorluq
həbs
məhkəmə
müdafiə naziri
viqen sarkisyan
müdafiə naziri vigen sarkisyan
https://cdnn1.img.sputnik.az/img/40723/51/407235109_0:13:1600:913_1920x0_80_0_0_20a0df00c8ee2078b52294aa9611011a.jpg
BAKI, 10 fevral - Sputnik. Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin edilib.APA xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.Qeyd olunub ki, məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin edib.Sabiq nazir hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.Sarkisyan özü isə bu qərarı siyasi təqibin əlaməti adlandırıb və mənzillərin adlarının dərc olunması ilə bağlı çağırış edib."Mənzil alan hərbçilər onların xidmət siyahısına uyğun seçiliblər", - Sarkisyan bildirib.Xatırladaq ki, Ermənistan Baş prokurorluğu tərəfindən sabiq müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb və ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bu səbəbdən də sabiq nazirin həbs olunması üçün məhkəməyə müraciət olunub.Viqen Sarkisyan hazırda ABŞ-dadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40723/51/407235109_181:0:1600:1064_1920x0_80_0_0_f4efc3ea20d23939c5a9a949725a299a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, həbs, məhkəmə, müdafiə naziri, viqen sarkisyan, müdafiə naziri vigen sarkisyan
baş prokurorluq, həbs, məhkəmə, müdafiə naziri, viqen sarkisyan, müdafiə naziri vigen sarkisyan
Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin olunub
20:10 10.02.2023 (Yenilənib: 20:11 10.02.2023) Sarkisyan özü isə bu qərarı siyasi təqibin əlaməti adlandırıb və mənzillərin adlarının dərc olunması ilə bağlı çağırış edib.
BAKI, 10 fevral - Sputnik. Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin edib.
Sabiq nazir hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.
Sarkisyan özü isə bu qərarı siyasi təqibin əlaməti adlandırıb və mənzillərin adlarının dərc olunması ilə bağlı çağırış edib.
"Mənzil alan hərbçilər onların xidmət siyahısına uyğun seçiliblər", - Sarkisyan bildirib.
Xatırladaq ki, Ermənistan Baş prokurorluğu tərəfindən sabiq müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb və ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bu səbəbdən də sabiq nazirin həbs olunması üçün məhkəməyə müraciət olunub.
Viqen Sarkisyan hazırda ABŞ-dadır.