https://sputnik.az/20230210/erdogan-axtaris-xilasetme-emeliyyatlari-lazimi-suretle-aparilmir-451624441.html
Ərdoğan: "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır"
Ərdoğan: "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır"
Sputnik Azərbaycan
Türkiyə lideri zərərçəkənlərə yardımla bağlı yaranmış əsas problemi açıqlayıb. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T16:29+0400
2023-02-10T16:29+0400
2023-02-10T16:29+0400
hadisə
zəlzələ
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451586916_0:160:3072:1888_1920x0_80_0_0_2250d8fcd6f17bddbb58cef381b76f62.jpg
BAKI, 10 fevral - Sputnik. "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.“İndi əsas problem kənardan gələn maşınların yaratdığı tıxacdır”, - Ərdoğan bildiib.O deyib ki, yardım kampaniyası koordinasiyalı şəkildə həyata keçirilməlidir:“AFAD-ın hesablarına köçürülən məbləğlər bütünlüklə zəlzələdən zərərçəkmişlərə ayırılacaq. Buna şübhəniz olmasın".Ərdoğanın sözlərinə görə, artıq lazımi təlimatlar verilib: “Yenidənqurma işləri sürətlə başlayacaq. Bir tərəfdən də dağıntıları aradan qaldırmağa çalışırıq".Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451586916_171:0:2902:2048_1920x0_80_0_0_29970772237014151f80fbb2b86f7086.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
zəlzələ, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan: "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır"
Türkiyə lideri zərərçəkənlərə yardımla bağlı yaranmış əsas problemi açıqlayıb.
BAKI, 10 fevral - Sputnik. "Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.
“İndi əsas problem kənardan gələn maşınların yaratdığı tıxacdır”, - Ərdoğan bildiib.
O deyib ki, yardım kampaniyası koordinasiyalı şəkildə həyata keçirilməlidir:
“AFAD-ın hesablarına köçürülən məbləğlər bütünlüklə zəlzələdən zərərçəkmişlərə ayırılacaq. Buna şübhəniz olmasın".
Ərdoğanın sözlərinə görə, artıq lazımi təlimatlar verilib: “Yenidənqurma işləri sürətlə başlayacaq. Bir tərəfdən də dağıntıları aradan qaldırmağa çalışırıq".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.