https://sputnik.az/20230210/elil-qadin-nazirlikden-destek-isteyir---vdeo-451643537.html
Əlil qadın nazirlikdən dəstək istəyir - VİDEO
Əlil qadın nazirlikdən dəstək istəyir - VİDEO
Sputnik Azərbaycan
3-cü qrup əliil bildirir ki, qızının dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T21:37+0400
2023-02-10T21:37+0400
2023-02-10T21:37+0400
qadın
cəmiyyət
əlil
kömək
sakin
bakı şəhər sakini
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622477_0:0:2815:1583_1920x0_80_0_0_d92346f5621ba7ba1aff3cdbb3a69090.jpg
BAKI, 10 fevral — Sputnik. Bakı şəhər sakini Rahidə Rəhimovanın sağlamlıq imkanları məhdud qızı Zəhra Rəhimova ilə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı müraciətlər cavabsız qalıb. Bu barədə Sputnik Azərbaycan-a şikayətçi özü məlumat verib. O, bildirib ki, yeniyetmə övladı Zəhra ilə kirayədə yaşayır. İki ildir ki, qızının müavinəti dayandırılıb: "Özüm 2011-ci ildən onkoloji xəstəyəm. 3-cü qrup əliləm. Müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Nə qədər müraciət etsəm də, ünvanlı dövlət sosial yardımı ala bilmirəm. Qızım savadlıdır. Onun dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir. Buna görə isə 400 manat pul lazımdır. Bu pulu ödəməyə maddi imkanımız çatmır. Çox xahiş edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə bu vəsaiti ödəməyə maddi dəstək göstərsin". Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, əlilliyi olan şəxs Rəhimova Rahidə Məcnun qızı əlilliyə görə aylıq sosial ödənişlə təmin olunur. Əlilliyə görə sosial ödəniş əlillik müddətində ödənilir. R.Rəhimovanın qızı Rəhimova Zəhra Samir qızının da əlillik müddəti 14.06.2021-ci il tarixində başa çatıb və bundan sonra onun əlillik müddətinin uzadılması üçün e-sistemə heç bir göndəriş daxil edilməyib. Ona görə də Z.Rəhimova qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməli və onunla bağlı e-sistemə göndəriş daxil edilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın. R.Rəhimova ailəsinə ünvanlı sosial yardım təyin olunması üçün sonuncu dəfə 2018-ci ildə müraciət edib. Həmin müraciətində də yaşadığı ünvanı yanlış göstərib və qeyd etdiyi ünvanda yaşamadığı müəyyən edildiyindən yardım təyinatı mümkün olmayıb. Sonrakı 5 ildə isə ünvanlı dövlət sosial yardımla bağlı müraciət etməyib. R.Rəhimova ilə məşğulluq orqanı tərəfindən bu gün əlaqə saxlanılıb, özü və qızı ərazi üzrə məşğulluq orqanına dəvət ediliblər. Onların məşğulluğunun təminatına köməklik edilməsi üçün müvafiq işlər aparılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622477_84:0:2815:2048_1920x0_80_0_0_cffcd6a81e98a259c581bc3761723210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qadın, əlil, kömək, sakin, bakı şəhər sakini
qadın, əlil, kömək, sakin, bakı şəhər sakini
Əlil qadın nazirlikdən dəstək istəyir - VİDEO
3-cü qrup əliil bildirir ki, qızının dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir.
BAKI, 10 fevral — Sputnik. Bakı şəhər sakini Rahidə Rəhimovanın sağlamlıq imkanları məhdud qızı Zəhra Rəhimova ilə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı müraciətlər cavabsız qalıb. Bu barədə Sputnik Azərbaycan-a şikayətçi özü məlumat verib. O, bildirib ki, yeniyetmə övladı Zəhra ilə kirayədə yaşayır. İki ildir ki, qızının müavinəti dayandırılıb: "Özüm 2011-ci ildən onkoloji xəstəyəm. 3-cü qrup əliləm. Müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Nə qədər müraciət etsəm də, ünvanlı dövlət sosial yardımı ala bilmirəm. Qızım savadlıdır. Onun dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir. Buna görə isə 400 manat pul lazımdır. Bu pulu ödəməyə maddi imkanımız çatmır. Çox xahiş edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə bu vəsaiti ödəməyə maddi dəstək göstərsin".
Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, əlilliyi olan şəxs Rəhimova Rahidə Məcnun qızı əlilliyə görə aylıq sosial ödənişlə təmin olunur.
Əlilliyə görə sosial ödəniş əlillik müddətində ödənilir. R.Rəhimovanın qızı Rəhimova Zəhra Samir qızının da əlillik müddəti 14.06.2021-ci il tarixində başa çatıb və bundan sonra onun əlillik müddətinin uzadılması üçün e-sistemə heç bir göndəriş daxil edilməyib.
Ona görə də Z.Rəhimova qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməli və onunla bağlı e-sistemə göndəriş daxil edilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın.
R.Rəhimova ailəsinə ünvanlı sosial yardım təyin olunması üçün sonuncu dəfə 2018-ci ildə müraciət edib. Həmin müraciətində də yaşadığı ünvanı yanlış göstərib və qeyd etdiyi ünvanda yaşamadığı müəyyən edildiyindən yardım təyinatı mümkün olmayıb. Sonrakı 5 ildə isə ünvanlı dövlət sosial yardımla bağlı müraciət etməyib.
R.Rəhimova ilə məşğulluq orqanı tərəfindən bu gün əlaqə saxlanılıb, özü və qızı ərazi üzrə məşğulluq orqanına dəvət ediliblər. Onların məşğulluğunun təminatına köməklik edilməsi üçün müvafiq işlər aparılacaq.