DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken Fransa XİN rəhbəri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

© AFP 2024 / ANDREW HARNIKABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.
BAKI, 10 fevral — Sputnik. Fransa xarici işlər naziri Katerine Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.
Diplomatlar Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.
Telefon danışığı zamanı İranın nüvə proqramına dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0