ELM

"Azərkosmos" 10 ildə nə qədər gəlir əldə edib? - Rəqəmlər açıqlandı

© Sputnik / Zulfiyya GuluyevaAzərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov
Azərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
"Azərkosmos"un idarə heyətinin sədr müavini bildirib ki, Azərbaycan peyklərinin sığortalanma məbləği Azərkosmosla sığortaçı arasında müqavilədə öz əksini tapıb.
BAKI, 10 fevral — Sputnik. "Azərkosmos" 10 ildə 500 milyon manat gəlir əldə edib". Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kosmik Agentliyi – Azərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.
Onun sözlərinə görə, bu xidmətlərin çox hissəsi xarici idxaldan formalaşıb. D.Bədirxanov əlavə edib ki, “Azərkosmos” peyklərimiz vasitəsilə 42 ölkəyə xidmət göstərir.
O qeyd edib ki, Azərbaycan peyklərinin sığortalanma məbləği Azərkosmosla sığortaçı arasında müqavilədə öz əksini tapıb.
Xəbər lenti
0