https://sputnik.az/20230210/azerbaycanli-aspaz-beynelxalq-genc-aspaz-olimpiadasinin-qalibi-olub-451612188.html
Azərbaycanlı aşpaz Beynəlxalq Gənc Aşpaz Olimpiadasının qalibi olub
Azərbaycanlı aşpaz Beynəlxalq Gənc Aşpaz Olimpiadasının qalibi olub
Sputnik Azərbaycan
"CASA" Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar "Dünyanın ən yaxşı gənc aşpazı" adı... 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T13:59+0400
2023-02-10T13:59+0400
2023-02-10T13:59+0400
aşpaz
cəmiyyət
qalib
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/42379/54/423795461_0:134:1920:1214_1920x0_80_0_0_043a2c6c64e371f0b6a9abb49978d43b.jpg
BAKI, 10 fevral — Sputnik. Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub. DTA-nın yaydığı xəbərdə bildirilib ki, Hindistanın Kəlküttə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub. "CASA" Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar "Dünyanın ən yaxşı gənc aşpazı" adı uğrunda yarışıblar. Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar. Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb. Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir. Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42379/54/423795461_129:0:1920:1343_1920x0_80_0_0_bb09f14c6c17ebb47d244049c3f03952.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşpaz, qalib, müsabiqə
Azərbaycanlı aşpaz Beynəlxalq Gənc Aşpaz Olimpiadasının qalibi olub
"CASA" Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar "Dünyanın ən yaxşı gənc aşpazı" adı uğrunda yarışıblar
BAKI, 10 fevral — Sputnik. Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub.
DTA-nın yaydığı xəbərdə bildirilib ki, Hindistanın Kəlküttə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.
"CASA" Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar "Dünyanın ən yaxşı gənc aşpazı" adı uğrunda yarışıblar.
Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar.
Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir.
Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.