https://sputnik.az/20230210/azerbaycan-esilli-rusiyali-is-adami-turkiyede-zelzele-zamani-helak-olub-451618790.html
Azərbaycan əsilli rusiyalı iş adamı Türkiyədə zəlzələ zamanı həlak olub
Azərbaycan əsilli rusiyalı iş adamı Türkiyədə zəlzələ zamanı həlak olub
Sputnik Azərbaycan
Salyan rayonunun Arbatan kəndindən anadan olmuş 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyədə səfərdə olub. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T16:15+0400
2023-02-10T16:15+0400
2023-02-10T16:16+0400
zəlzələ
hadisə
həlak
türkiyə
azərbaycanlı
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_0:172:3030:1876_1920x0_80_0_0_a28252d31ffad93e7e9da9ad997fd607.jpg
BAKI, 10 fevral — Sputnik. Rusiya vətəndaşı, azərbaycanlı iş adamı Eldəniz Əliyev Türkiyədə zəlzələ zamanı dağıntılar altında həlak olub. Məlumata görə, Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyəyə getmişdi. İş adamının ailəsi onun həlak olduğunu təsdiqləyib. "Təəssüf ki, həlak olanlar içərisində o da var. Eldəniz özü Rusiya vətəndaşı olub, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. O, müvəqqəti olaraq ikimərtəbəli binada qalırdı", - deyə Əliyevin yaxınları bildiriblər. Onlar qeyd ediblər ki, bu evin dağıntıları altında 40 nəfər adam olub. Yaxınları bildiriblər ki, ilk gün səkkiz nəfər xilas edilib, ardınca 4 nəfərin cəsədi çıxarılıb. Ölənlər içərisində Eldəniz də olub. Eldənizin cənazəsi Ankaradan Bakıya təyyarə ilə gətiriləcək. İş adamının dəfn mərasimi Salyan rayonunda keçiriləcək. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Oxu.az nəşrinin materialları əsasında.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_150:0:2881:2048_1920x0_80_0_0_9ad390fb860c57a444848f8526f5e1f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, həlak, türkiyə, azərbaycanlı
zəlzələ, həlak, türkiyə, azərbaycanlı
Azərbaycan əsilli rusiyalı iş adamı Türkiyədə zəlzələ zamanı həlak olub
16:15 10.02.2023 (Yenilənib: 16:16 10.02.2023) Salyan rayonunun Arbatan kəndindən anadan olmuş 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyədə səfərdə olub.
BAKI, 10 fevral — Sputnik. Rusiya vətəndaşı, azərbaycanlı iş adamı Eldəniz Əliyev Türkiyədə zəlzələ zamanı dağıntılar altında həlak olub.
Məlumata görə, Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyəyə getmişdi.
İş adamının ailəsi onun həlak olduğunu təsdiqləyib.
"Təəssüf ki, həlak olanlar içərisində o da var. Eldəniz özü Rusiya vətəndaşı olub, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. O, müvəqqəti olaraq ikimərtəbəli binada qalırdı", - deyə Əliyevin yaxınları bildiriblər.
Onlar qeyd ediblər ki, bu evin dağıntıları altında 40 nəfər adam olub. Yaxınları bildiriblər ki, ilk gün səkkiz nəfər xilas edilib, ardınca 4 nəfərin cəsədi çıxarılıb. Ölənlər içərisində Eldəniz də olub.
Eldənizin cənazəsi Ankaradan Bakıya təyyarə ilə gətiriləcək. İş adamının dəfn mərasimi Salyan rayonunda keçiriləcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Oxu.az nəşrinin materialları əsasında.