Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yemlər gömrük rüsumundan azad edildi - Toyuq və yumurtanın qiyməti stabil ola bilər

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidYem
Yem - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə bir sıra idxal yem və yem əlavələri gömrük rüsumundan azad edilib və dekabrın 31-də bu güzəşt müddəti bitmişdi.
BAKI, 9 fevral — Sputnik. Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Xatırladaq ki, Azərbaycana xaricdən gətirilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilmə müddəti artıq başa çatıb. Belə ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə bir sıra idxal yem və yem əlavələri gömrük rüsumundan azad edilib və dekabrın 31-də bu güzəşt müddəti bitib. Başqa sözlə, bu qərar 2022-ci ilin dekabrın 31-dək qüvvədə idi.
May ayından yem və yem əlavələrinin idxalına görə rüsumun tətbiq edilməməsi quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a danışıb.
M.Həsənli bildirib ki, yaxın zamanda bəzi heyvan yemlərinin idxal rüsumundan azad edilməsi gözlənilir:

"Bəzi yemlərin gömrük rüsumundan azad edilməsi ilə bağlı müvafiq qurumlardan müsbət cavab almışıq. Hazırda sənədlər Nazirlər Kabinetindədir. Yaxın müddətdə Nazirlər Kabineti bu işə baxacaq. Amma əgər rüsum götürülməsə, yemin qiymətində artım müşahidə ediləcək. Nəticədə toyuq ətinin və süfrə yumurtasının qiyməti qalxa bilər. Başqa sözlə, toyuq ətinin hər kiloqramında 15-20 qəpiyə kimi artımın olması ehtimalı var. Lakin idxal yemlərinin gömrük rüsumundan azad edilmə müddətinin artırılması gözlənilir. Ötən il yemlərin idxalı gömrük rüsumundan azad ediləndən sonra qiymətlər 2021-ci ildəki qiymətlərdən də aşağı düşüb".

© Photo : courtesy of Murvat Hasanli Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli
 Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli
Yem xərclərinin toyuq ətinin maya dəyərində payı 70 faizə yaxındır
O vurğulayıb ki, məhsulun maya dəyərində yem xərcləri əsas rol oynayır:
"Yem xərclərinin toyuq ətinin maya dəyərində payı 70 faizə yaxındır. Yemin qiyməti ucuz olarsa, toyuq ətinin də qiyməti ucuz olur. Biz yem əlavələrini adətən xaricdən gətiririk. Xaricdə satılan yemlərin qiymətində hazırda bahalaşma yoxdur, əksinə müəyyən yemlər ucuzlaşıb".
Rüsum götürülsə, qiymətlər sabit qalacaq
Onun sözlərinə görə, əgər idxal rüsumu götürülsə, toyuq əti və yumurtanın qiyməti stabil olaraq qalacaq:

"Hazırda soyudulmuş toyuğun bir kiloqramının fabrikdən çıxış qiyməti 4-4,50 manat civarındadır. Ötən ilin sentyabr ayında isə soyudulmuş toyuğun bir kiloqramının fabrikdən çıxış qiyməti 5-5,50 manat idi. Keçən il süfrə yumurtasının pərakəndə satışı 19 qəpik idi, bu il isə 16-17 qəpikdir".

Azərbaycanda yerli yumurta istehsalı daxili tələbatı 130 faiz ödəyir
M.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Ölkədə 5 milyona yaxın yumurta istehsal edilir. Azərbaycanda yerli yumurta istehsalı daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Əfqanıstana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edirik".
© AFP 2023 / STRAlıcı yumurta seçərkən, arxiv şəkli
Покупатель собирает яйца на рынке, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Alıcı yumurta seçərkən, arxiv şəkli
Azərbaycanda yumurta istehsalı artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə ölkəmizdə yumurta istehsalı 9,8 faiz artaraq 2 milyard 18,1 milyon ədəd olub. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 78,6 min ton quş əti və 880,0 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabr ayında yumurtanın qiyməti aylıq müqayisədə 2,5 faiz bahalaşıb. Dekabrda toyuq yumurtasının 10 ədədinin orta aylıq pərakəndə satış qiyməti 2,17 manat təşkil edib. Noyabrda bu rəqəm 2,11 manat olub. Dekabrda toyuq ətinin orta qiyməti 5,79 manat təşkil edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 12 may 2022-ci il tarixli qərarıyla "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilib, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilib. Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olub.
Satışı ƏDV-dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib
Bundan başqa, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli qərarı ilə satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiq edilib. Siyahıya qüvvəli, qaba və sulu-şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr şəklində qruplaşdırılmaqla 73 növdə yem və yem əlavələri daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0