https://sputnik.az/20230209/turkiyenin-zelzele-bolgesinden-azerbaycana-texliye-prosesi-davam-edir-451586283.html
Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə prosesi davam edir
Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə prosesi davam edir
Sputnik Azərbaycan
Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. Təxliyə avtobusu bu gün saat 17:00-də Adana avtovağzalından Azərbaycana... 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T15:03+0400
2023-02-09T15:03+0400
2023-02-09T15:42+0400
avtobus
https://cdnn1.img.sputnik.az/img/42316/01/423160185_0:257:2731:1793_1920x0_80_0_0_1352e8b81714f41a837835b322f053fc.jpg
BAKI, 9 fevral — Sputnik. “Türkiyənin zəlzələ baş verən ərazilərindən azərbaycanlıları daşıyan 4 avtobus artıq Gürcüstan sərhədini keçib”.Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.O qeyd edib ki, hazırda təxliyə olunanların sayı dəqiqləşdirilir: “205 nəfər dəqiqdir. Digərlərinin də sayı müəyyənləşdirilir. Bu gün də avtobusların yola düşməsi gözlənilir”.Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. Bu barədə isə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Təxliyə avtobusu bu gün, fevralın 9-da saat 17:00-də Adana avtovağzalından Azərbaycana yola düşəcək. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12873 nəfər ölüb, 62937 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/01/423160185_0:0:2731:2048_1920x0_80_0_0_b4516b7235dba0c566105b47dadd3e12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus
Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə prosesi davam edir
15:03 09.02.2023 (Yenilənib: 15:42 09.02.2023) Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. Təxliyə avtobusu bu gün saat 17:00-də Adana avtovağzalından Azərbaycana yola düşəcək
BAKI, 9 fevral — Sputnik. “Türkiyənin zəlzələ baş verən ərazilərindən azərbaycanlıları daşıyan 4 avtobus artıq Gürcüstan sərhədini keçib”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, hazırda təxliyə olunanların sayı dəqiqləşdirilir: “205 nəfər dəqiqdir. Digərlərinin də sayı müəyyənləşdirilir. Bu gün də avtobusların yola düşməsi gözlənilir”.
Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. Bu barədə isə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Təxliyə avtobusu bu gün, fevralın 9-da saat 17:00-də Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12873 nəfər ölüb, 62937 nəfər yaralanıb.