CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə üçün yardım aparan qırmızı "07"nin sahibinə maşın hədiyyə edilib

© pixabay / jlampingAvtomobil açarı
Avtomobil açarı - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Hədiyyənin təşəbbüskarı olan tanınmış teleaparıcı və prodüser Tarix Əliyev bildirib ki, Sərvərə hədiyyəni Rusiyada yaşayan iş adamı edib.
BAKI, 9 fevral — Sputnik. Dünəndən Azərbaycan və Türkiyənin gündəmində olan Sərvər Bəşirliyə veriləcək avtomobil hədiyyə edilib.
Hədiyyənin təşəbbüskarı olan tanınmış teleaparıcı və prodüser Tarix Əliyev bildirib ki, Sərvərə hədiyyəni Rusiyada yaşayan iş adamı edib: "Bu gün efirə Sərvəri qonaq çağırmışdıq. Reklam fasiləsində Moskvada yaşayan dostum Baxaya (Bəxtiyar) Sərvərin fotosunu göndərib, dostları ilə ona yardım edib maşın almağa kömək etməsini istədim. Sağ olsun, özü şəxsən Sərvərə maşın alacağını bildirdi".
Sərvərin VAZ 21-07 markalı avtomobil istədiyini, ancaq imkan daxilində ona daha yaxşı maşın alacaqlarını deyən Tarix Əliyev, artıq avtomobil axtardıqlarını da qeyd edib: "Artıq avtomobil axtarışına başlamışıq. Sabah efirdən sonra gedib maşını alacağıq. Bunun üçün Sərvərin sürücülük vəsiqəsini də almışam. Maşının dövlət qeydiyyat nişanı isə, Sərvərin istəyi ilə əvvəlki maşında olduğu kimi qalacaq. Sərvər VAZ 21-07 markalı maşın istəyir, ancaq çalışacağıq ki, ona daha yaxşı xarici markalı maşın alaq. Avtomobil birinci gün efirdə Sərvərə təqdim ediləcək".
Qeyd edək ki, Sərvər qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxs kimi Azərbaycan və Türkiyə mətbuatının ən çox danışdığı şəxsdir.
Xəbər lenti
0