SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülh prosesində durğunluq: diplomatik masada Ermənistanın taleyi həll olunur

© Mark Wilson / Getty Images / AFPMəmurlar, arxiv şəkli
Məmurlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, 2022-ci ilin ortalarına doğru Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması real olub.
BAKI, 9 fevral — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yenə sülh sazişindən danışıb. Otuz ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın xarici işlər naziri Azərbaycan əleyhinə fikirlər səsləndirərək, ölkəsinin "sülhpərvər mövqeyini" təqdim etməyə çalışıb.
Azərbaycan XİN-in isə Mirzoyana cavabı gecikməyib. XİN-dən bildirilib ki, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasındakı sülh prosesi ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, 2022-ci ilin ortalarına doğru Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması daha real idi:

“Faktiki olaraq Avropa İttifaqının Şarl Mişelin moderatorluğu ilə və əslində bu vasitə ilə Birləşmiş Ştatların və Qərbin prosesdə müəyyən rol alması hansısa bir paralel müstəvi yaratsa da, amma danışıqların müəyyən nəticəsi olmalı idi. Ermənistan yaranmış şəraitdə heç bir alternativin olmadığını görürdü. Amma ötən ilin ortalarında Ermənistanın davranışları bütünlüklə dəyişdi. Qərb açıq şəkildə prosesdə öz şərtlərini diqtə elədi. Onlar hesab edirlər ki, 2020-ci ildə baş vermiş müharibənin nəticələri Qərbin regiondakı maraqlarına zərbə vuraraq, onları regiondan sıxışdırıb çıxarır. Bu baxışlarda müəyyən həqiqət var. Savaşın Azərbaycanın qələbəsi ilə başa çatması bir çox dövlətlərin planlarına zidd idi. Bu savaş həmin ölkələrin uzun on illər ərzində regionda formalaşdırdığı geosiyasi arxitekturanı darmadağın etdi. Azərbaycan ordusunun hərb meydanında qazandığı qələbəni diplomatiya da uğurla davam etdirir”.

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Zahid Oruc milli vəkil
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi sülh danışıqlarındakı fasiləni Rusiya-Ukrayna savaşının təsiri altında götürüb:

“Rusiya Qərbin ağır sanksiyaları altında Ukraynada əməliyyatları davam etdirir. Ermənistan bu vəziyyətən istifadə edib demarşlar etməyə çalışır. Amma Azərbaycan tərəfi ötən ilin sonlarında öz ərazilərində suveren haqlarından imtina etməyəcəyini, bununla da Qarabağa hər hansı status verilməyəcəyini də göstərdi. Burada Vardanyan kartı da işə yaramadı. Mediada yayılan məlumatlara görə, o da Xankəndini tərk edib. Bu belə bir versiyanı irəli sürməyə imkan verir ki, artıq Qərbin Fransanın törədiyi təxribatlar fonunda danışıqlarda dominant olmaq niyyəti də zərbə alıb. Bu da danışıqların yenidən Rusiyanın moderatorluğu ilə davam edəcəyini göstərir”.

Millət vəkili qeyd edib ki, Ermənistan əvvəlki Qarabağ savaşında bütün qazandıqlarını itirib.
"Hazırda diplomatik masada Ermənistanın özünün taleyi həll olunur. Danışıqlar prosesində fasilə yaransa da, hesab edirəm ki, yaza doğru bu prosesdə də canlanma müşahidə olunacaq”, - deyə millət vəkili fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0