https://sputnik.az/20230209/neft-bazarinda-sakitlik-hokm-surur-451572756.html
Neft bazarında sakitlik hökm sürür
Neft bazarında sakitlik hökm sürür
Sputnik Azərbaycan
ABŞ Mərkəzi Bankı rəsmilərinin yeni faiz artımları ilə bağlı çıxışları dolları gücləndirib və narahatlıqları artırıb. 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T20:08+0400
2023-02-09T20:08+0400
2023-02-09T20:08+0400
neft
qeyri-neft sektoru
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_0:0:3295:1853_1920x0_80_0_0_c548f7d76850f340cbe0a8460b5f3cba.jpg
BAKI, 9 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 85,24 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,1 dollar bahalaşaraq 78,57 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti 0,99 dollar artaraq 86,33 dollar olub. Qeyd edək ki, neft bazarında nisbətən sakitlik hökm sürür. ABŞ Mərkəzi Bankı (FED) rəsmilərinin yeni faiz artımları ilə bağlı çıxışları dolları gücləndirib və narahatlıqları artırıb. Digər tərəfdən, ABŞ-ın neft ehtiyatları ardıcıl yeddinci həftədir ki, artıb. ABŞ-da faiz dərəcələrinin yüksəlməsi ehtimalı neft bazarına mənfi təsir göstərir. Çünki iqtisadi aktivliyin azalması tələbi aşağı salır. Bununla yanaşı, Çində tələbin bərpası və Türkiyə və Suriyada baş verən zəlzələ bu həftə neft qiymətlərində güclü artıma səbəb olub. Bu həftənin əvvəlində Beynəlxalq Enerji Agentliyi bu il Çində tələbin güclü bərpası ilə bağlı proqnozunu təkrarlayıb. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_167:0:2898:2048_1920x0_80_0_0_7ae2ffa52fac6a416c4a78a7f823896d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qeyri-neft sektoru
Neft bazarında sakitlik hökm sürür
ABŞ Mərkəzi Bankı rəsmilərinin yeni faiz artımları ilə bağlı çıxışları dolları gücləndirib və narahatlıqları artırıb.
BAKI, 9 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 85,24 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,1 dollar bahalaşaraq 78,57 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 0,99 dollar artaraq 86,33 dollar olub.
Qeyd edək ki, neft bazarında nisbətən sakitlik hökm sürür. ABŞ Mərkəzi Bankı (FED) rəsmilərinin yeni faiz artımları ilə bağlı çıxışları dolları gücləndirib və narahatlıqları artırıb. Digər tərəfdən, ABŞ-ın neft ehtiyatları ardıcıl yeddinci həftədir ki, artıb.
ABŞ-da faiz dərəcələrinin yüksəlməsi ehtimalı neft bazarına mənfi təsir göstərir. Çünki iqtisadi aktivliyin azalması tələbi aşağı salır.
Bununla yanaşı, Çində tələbin bərpası və Türkiyə və Suriyada baş verən zəlzələ bu həftə neft qiymətlərində güclü artıma səbəb olub. Bu həftənin əvvəlində Beynəlxalq Enerji Agentliyi bu il Çində tələbin güclü bərpası ilə bağlı proqnozunu təkrarlayıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.