https://sputnik.az/20230209/ndiyedek-bakidan-turkiyeye-35-tir-yardim-gonderilib-451588731.html
İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib
İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib
Sputnik Azərbaycan
Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü bildirib ki, toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir... 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T15:20+0400
2023-02-09T15:20+0400
2023-02-09T15:48+0400
yardım
cəmiyyət
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451543750_0:104:2000:1229_1920x0_80_0_0_92347d11facfcc9ca9cb8326f75bc801.jpg
BAKI, 9 fevral — Sputnik. Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib. Bunu Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib. Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur". C.Aygor "Report"a açıqlamasında vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir". Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb, yaralananların sayı 63 794 nəfərdir.Zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451543750_112:0:1889:1333_1920x0_80_0_0_2cdbe1aa9b0c5a9285cd6e100d9d7276.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yardım, türkiyə, zəlzələ
İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib
15:20 09.02.2023 (Yenilənib: 15:48 09.02.2023) Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü bildirib ki, toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır.
BAKI, 9 fevral — Sputnik. Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib.
Bunu Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib.
Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".
C.Aygor "Report"a açıqlamasında vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb, yaralananların sayı 63 794 nəfərdir.
Zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.