SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Erməni vitse-spiker: "Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik"

© AP Photo / Burhan OzbiliciAzərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Ermənistan parlamentinin iclasında parlamentin vitse-spikeri deyib ki, Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən başqa oyunçular sui-istifadə edirlər.
BAKI, 9 fevral — Sputnik. "Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik".
Bunu Ermənistan parlamentinin iclasında parlamentin vitse-spikeri Akop Arşakyan deyib.
"Hər kəsin dövlət maraqları var. Nifrət müalicəyə ehtiyacı olan xəstəlikdir. Nifrət o deməkdir ki, kimlərsə sizi manipulyasiya edir", - o, əlavə edib.
Arşakyan, həmçinin qonşularla münasibətin tez bir zamanda yaxşılaşdırılmasının vacibliyinə işarə edib:
"Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən başqa oyunçular sui-istifadə edirlər. Biz dialoqa girməliyik. Çünki bu, bizim dövlət maraqlarımızın tələbidir. Biz kiminsə alətinə çevrilməməliyik".
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. (Report)
Xəbər lenti
0