Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ərdoğan azərbaycanlılar haqqında: Qardaşlarımız bizi tək qoymadı

© AFP 2024 / OZAN KOSETürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Türkiyə prezidenti bildirib ki, Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək yardımlar barədə məlumatı var.
BAKI, 9 fevral — Sputnik. Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.
Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdam, millətim adımdan çox təşəkkür edirəm!"
Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. "Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"
Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən dövlət başçısı Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: "Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"
Ərdoğanın sözlərinə görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 14014 nəfər, yaralananların sayı 63794 nəfərdir. Dağılan bina sayı isə 6444-dür.
Türkiyənin vitse-prezidenti Fuat Oktayın verdiyi ən son məlumata görə Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
O qeyd edib ki, zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.
Xəbər lenti
0