https://sputnik.az/20230209/dm-qebul-imtahaninin-ikinci-merhelesi-uzre-sinaqlarin-vaxtini-aciqlayib-451572911.html
DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaqların vaxtını açıqlayıb
DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaqların vaxtını açıqlayıb
Sputnik Azərbaycan
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə... 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T12:16+0400
2023-02-09T12:16+0400
2023-02-09T12:16+0400
imtahan
təhsil
dövlət imtahan mərkəzi
imtahan
sınaq imtahanı
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_0:160:3073:1888_1920x0_80_0_0_ae7d4c363433d0e94e68ecad801b1d88.jpg
BAKI, 9 fevral — Sputnik. DİM fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. DİM-dən verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5889 abituriyent qeydiyyatdan keçib. İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq. Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir. İmtahanların idarə edilməsi üçün 62 imtahan rəhbəri, 550 nəzarətçi-müəllim, 25 ümumi imtahan rəhbəri ayrılıb. DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar. Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_170:0:2901:2048_1920x0_80_0_0_22eb2d761b8abd7d33321a6872550e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, dövlət imtahan mərkəzi, imtahan, sınaq imtahanı
imtahan, dövlət imtahan mərkəzi, imtahan, sınaq imtahanı
DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaqların vaxtını açıqlayıb
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
BAKI, 9 fevral — Sputnik. DİM fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
DİM-dən verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5889 abituriyent qeydiyyatdan keçib. İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanların idarə edilməsi üçün 62 imtahan rəhbəri, 550 nəzarətçi-müəllim, 25 ümumi imtahan rəhbəri ayrılıb.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər fevralın 19-da müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.